Əsas Səhifə > Dünya > "NÜVƏ SİLAHINI DOLLARA SATAN DEYİLİK"

"NÜVƏ SİLAHINI DOLLARA SATAN DEYİLİK"


1-04-2013, 09:28
"NÜVƏ SİLAHINI DOLLARA SATAN DEYİLİK"
Şimali Koreyanın qalmaqallı gənc lideri Kim Çen In, ABŞ-a nüvə hücumu hədələri fonunda, təmsil etdiyi Əmək Partiyasının plenum iclasında iştirak edib. Toplantıda əsasən partiyanın strateji xətti müzakirə olunub və mərkəzi komitənin birinci katibi Kim Çen In iqtisadi yenidənqurmayla yanaşı, özünümüdafiə məqsədi ilə hərbi nüvə qüvvələrinin gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Şimali Koreya lideri xəbərdar edib ki, Şimali Koreya beynəlxalq iqtisadi yardımdan ötrü, nüvə silahını pula –daha dəqiq desək “ABŞ dollarına” satan deyil. “Yalnız nüvə silahına sahib olmaqla, Birləşmiş Ştatların Koreya dövlətlərini zorla birləşdirmək cəhdlərinə qarşı çıxmaq olar”, - deyə Kim Çen In vurğulayıb.

Bu arada Şimali Koreyanın Dövlət telekanalı Ordu Ali Komandanlığına dəstək məqsədilə keçirilən əsgərlərlə, mülki vətəndaşların birgə yürüşündən görüntülər yayımlayıb. Nümayişlər Şimali Pyonqan, Şimali Hamyonq və Şimali Hıvanqay vilayətlərində təşkil olunub və rəsmi Pxenyanın az qala gündəlik olaraq Birləşmiş Ştatları nüvə hücumu ilə hədələdiyi bir şəraitdə keçirilib. Şimali Koreya liderliyini qəzəbləndirən, ABŞ- və Cənubi Koreyanın birgə hərbi təlimlər keçirməsi və fevralın 12-də keçirdiyi son nüvə sınağına görə BMT Təhlükəsizlik Şurasının sərt sansksiylarına məruz qalması olub. Pxenyan Koreya yarımadasının “müharibə şəraitində” olduğunu elan etsə də, siyasi şərhçilər hesab edir ki, tam güclü Şimali Koreya hücumu gözlənilən deyil. Ekspertlər Şimali Koreya rəhbərliyinin ölkəyə xaricdən daha yumşaq siyasətə nail olmaq məqsədilə bu kimi hədələyici mövqe tutduğuna inanır.
\ anspress \
Geri qayıt