Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: PA-DA DAHA BİR MƏMUR CƏZALANDIRILIR

ŞOK: PA-DA DAHA BİR MƏMUR CƏZALANDIRILIR


1-04-2013, 08:29
ŞOK: PA-DA DAHA BİR MƏMUR CƏZALANDIRILIR
ORDUYA QARŞI TƏXRİBATLARIN SİFARİŞİ ADMİNİSTRASİYADAN GƏLİRMİŞ

DİA.AZ: - Bu günlərdə Prezident Admistrasiyasının sektor müdiri Vüqar Əliyev tutduğu postdan kənarlaşdırılacaq. Bu barədə DİA.AZ-a məlumatlı mənbələr xəbər ötürüb. Qaynaq iddia edir ki, buna səbəb isə Silahlı Qüvvələrə qarşı aparılan kompaniyada onun əlinin olması aşkarlanmasıdır.

DİA.AZ-ın əldə etdiyi məlumata görə, Əli Həsənov tərəfindən təlimatlandırılan Vüqar Əliyev Ehtiyatda və İstefada olan Zabitlər Birliyinin sədri Yaşar Cəfərli vasitəsi ilə Müdafiə Nazirliyinə qarşı müxtəlif yönlü tədbirlərin və çıxışların edilməsində sifarişçi olub.

Gələn məlumatlardan o da aydın olur ki, Yaşar Cəfərli tərəfindən fevral ayında keçirilən silsilə aksiya zamanı daha dəqiqi fevralın 5-də cəkilmiş video məsələnin üstünün acılmasına şərait yaradıb.

Qeyd edək ki, həmin videoda Yaşar Cəfərli Müdafiə Nazirliyindən ofisinə gedən hərbiçiləri əvvəlcə içəri buraxmayaraq bayırda saxlayır, özü ofisə girib bir neçə dəqiqə sonra çıxır və Prezident Aparatı ilə danışdığını deyir. «Mən zəng elədim Prezident Aparatından bir yoldaş var, o dedi ki, qoy gəlsinlər». Bununla da Yaşar Cəfərli orduya qarşı kampaniya aparması üçün Prezident Aparatından təlimatlandırıldığını bilməyərəkdən ağzından qaçırıb. Sonradan isə Yaşar Cəfərlinin telefon danışıqları və email yazışmaları incələnərkən işin arxasında Əli Həsənovun müavini missiyasını həyata keçirən Vüqar Əliyev çıxıb. Hazırda hakimiyyət dairələri qapalı şəlildə Vüqar Əliyev və onun havadarlarının “”əsgər ölümlərinə son” aksiyasında əlinin olub olmamasını araşdırır. Əli Həsənovun kimin kadrı olmasını isə yəqin ki, deməyə ehtiyac yoxdur. Deyəsən bu xəmir hələ çox su aparacaq.


Geri qayıt