Əsas Səhifə > Güney Press, Üçüncü sektor > OQTAY ƏSƏDOV BAŞ NAZİR OLMAQ İSTƏYİR

OQTAY ƏSƏDOV BAŞ NAZİR OLMAQ İSTƏYİR


30-03-2013, 13:24
OQTAY ƏSƏDOV BAŞ NAZİR OLMAQ İSTƏYİR
MİLLİ MƏCLİS SƏDRLİYİ ONUN ÜRƏYİNCƏ DEYİLMİŞ

Prezident seçikisndən sonra baş nazir postuna yeni şəxsin gətiriləcəyi ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Bu barədə etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, baş nazir Artur Rəsizadə artıq dincəlmək istəyir. O, dövlət başçısının nəzərinə çatdırıb ki, səhhətilə əlaqədar işləyə bilmir, buna görə də istefa vermək istəyir. Artur Rəsizadə İlham Əliyevdən xahiş edib ki, onun istefasını qəbul etsin. Dövlət başçısı onun bu xahişini yerə salmayacağını desə də, məsələ prezident seçkisindən sonraya qalıb. Mənbə deyir ki, əgər bu seçkilərdə İlham Əliyev namizədliyini irəli sürərsə və yenidən prezident seçilərlsə onda Artur Rəsizadə yeni kabinetə rəhbərlik edə bilməyəcək. Çünki prezidentin and içmə mərəsimindən sonra Artur Rəsizadənin kabinet rəhbərliyi təsdiq olunmaya bilər.
Bundan əlavə mənbə bildirib ki, uzun müddətdir ki, hakimiyyət daxilində baş nazir postu uğrunda savaş baş qaldırıb. Mənbənin sözlərinə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, maliyyə naziri Samir Şərifov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bu posta iddialıdırlar. Bu günlərə kimi hakimiyyət dəhlizlərində də şəxslərdən birinin baş nazir postuna gətiriləcəyi barədə söhbətlər dolaşırdı. Amma bu günlərdə artıq Milli Məclisin spikeri Oqtay Əsədovun da baş nazir postu uğrunda mübarizəyə qoşulduğu məlum olub. Mənbənin sözlərinə görə, Oqtay Əsədov öz istəyini şəxsən dövlət başçısının nəzərinə çatdırıb. Spiker Milli Məclisə rəhbərliyin ürəyincə olmadığını bildirib. O, dövlət başçısına deyib ki, əgər etirazı yoxdursa, məmuniyyətlə Nazirlər Kabinetinə rəhbərlik edə bilər. Dövlət başçısı isə spikerə konkret cavab verməyib. Mənbənin bildirir ki, Oqtay Əsədovun öz istəyini dövlət başçısının nəzərinə çatdırmasından sonra baş nazir postu uğrunda savaş daha da amansız xarakter alıb. Amma mənbə ehtimal edir ki, bu savaşdan spiker qalib çıxa bilər: "Oqtay Əsədov bu posta daha şanslıdır. Çünki Artur Rəsizadən sonra baş postuna elə onu kimi bir şəxsin gətiriləcəyi daha inandırıcı görünür. Oqtay Əsədov digər iddialılardan fərqi odur ki, yalnız o, məhz Artur Rəsizadə kimi baş nazir ola bilər. Çünki o, digərlərinə nisbətən bir qədər iddiasız adamdır. Bu baxımdan ona üstünlük verilə bilər".
Mənbə onu da əlavə edib ki, Oqtay Əsədov hələ "Azərsu"nun prezidenti olanda baş nazir postuna göz dikib. Müxtəlif vasitələrlə bu arzusunu dilə-dilə gətirib. Hakimiyyətin yuxarı eşelonunda onun bu arzusuna kəskin reaksiya verilməyib. Hətta onu baş nazir təyin etmək istəyi də olub. Lakin o zaman Artur Rəsizadə bu postdan hələ ki, getmək fikrində olmadığını bildirib. İndisə artıq Artur Rəsizadə özü istefa vermək qərarına gəlib. Bundan xəbər tutan Oqtay Əsədov da köhnə arzusunu reallaşdırmaq üçün hərəkətə keçib.
Spikerin arzusuna çatıb-çatmayacağını isə zaman göstərəcək.

Geri qayıt