Əsas Səhifə > Partiya > RƏSUL QULİYEVİ PUL HARINLATDIRIB?

RƏSUL QULİYEVİ PUL HARINLATDIRIB?


30-03-2013, 12:06
RƏSUL QULİYEVİ PUL HARINLATDIRIB?
ACP LİDERİ ARİF HACILIYA GUYA Kİ, İRAD TUTDU

Azərbaycanın eks-spikeri, Açıq Cəmiyyət Partiyasın (ACP) lideri Rəsul Quliyevlə Müsavat funksioneri Arif Hacılı arasında qalmaqal daha da qızışıb. Arif Hacılı haqda kəskin fikirlər səsələndirən eks-spiker bu dəfə onun geyim tərzini ələ salıb.

Modern.az-ın məlumatına görə, sosial şəbəkə istifadəçiləri tərəfindən ona ünvanlanan “Arif Hacılıya nə üçün yuxarıdan baxırsınız” sualına eks-spiker belə cavab verib:

“Nə qafası, nə işbacarığı olmayan birisini məsələn gətirib başqan qoymusan. O vəzifədə qalxıb. Ya ona özünlə bir səviyyədə, ya da aşağıdan-yuxarı baxmalısan. Bu insanlar elə cılız insanlardırki istənilən vəzifədə və ya geyimdə, davranışda elə aşağıdakı yazıq vəziyyətindədirlər. İstər istəməz sən onunla nazir kimi yox, zəif anlayan bir adam kimi davranırsan. Bunun adına çox qısa şəkildə həmişə yuxarıdan aşaqıya baxmışam deyillər. Bu konkret insanın əqli və insanı imkanlarına münasibət formasıdır və həyatda ən geniş yayılıbdır”-deyə R.Quliyev bildirib.

Geri qayıt