Əsas Səhifə > Siyasət, Manşet > SAATLININ İCRA BAŞÇISINA DAHA BİR ZƏRBƏ GƏLİR

SAATLININ İCRA BAŞÇISINA DAHA BİR ZƏRBƏ GƏLİR


30-03-2013, 11:59
SAATLININ İCRA BAŞÇISINA DAHA BİR ZƏRBƏ GƏLİR
ONU SAHİBKARLARIN DÜŞMƏNİ KİMİ TUTDUĞU VƏZİFƏDƏN ALA BİLƏRLƏR

DİA.AZ: - Saatlıda sahibkarlıqla məşğul olan Ağavəli Həsənovun bu rayonun icra başçısı Siraqəddin Cabbarovun ona yaratdığı problemlərə etiraz olaraq bir müddət əvvəl aclıq elan etməsi hər kəsin xatirindədir. İndi isə şarəsiz qalan, icra başçısının özbaşınalıqlarından dad deyən sahibkarın prezidentə etdiyi şikayətin diqqətə alınması ilə bağlı redaksiyamıza məlumat daxil olub.

Xatırladaq ki, iki gün əvvəl Siraqəddin Cabbarovun adının “vurulacaq başçılar” siyahısındaq ilk yerlərdə dayanması barədə xəbər vermişdik. DİA.AZ-ın əldə etdiyi bilgilərdən belə məlum olurdu ki, 5 illik limitini dolduran və bu müddət ərzində yerli əhalinin problemlərindən daha çox özünə firəvan həyatın qurulması yolunda çaba sərf edən Siraqəddin Cabbaorva ikinci dəfə görəv şansı verilməməsi qərara alınıb.

DİA.AZ-a danışan mənbə bildirir ki, bu günlərdə mətbuatda prezident İlham Əliyevdən kömək istəməsi barədə sahibkar A.Həsənovun şikayəti də başçı ilə iqtidarın yollarının ayrılması fonunda bir hadisədir. Qeyd edək ki, Ağavəli Həsənovun rəhbəri olduğu MMC-nin icra başçısı tərəfindən müflis edilmiş, cəmiyyətə məxsus binanın pəncərə və qapıları isə qanunsuz olaraq qapadılıb.SAATLININ İCRA BAŞÇISINA DAHA BİR ZƏRBƏ GƏLİR


Sahibkar isə başçının bu təzyiqini belə izah edir: “Mən rayonda aparılan abadlıq işlərinə görə İcra Hakimiyyətinə pul ödəməkdən imtina etmişəm. Bundan sonra başçı mənə problemlər yaradıb. Yuratdığım MMC quşçuluqla məşğuldur. İnqubatorlar vasitəsilə cücə çıxarıb satırdıq. Lakin icra başçısı Siraqəddin Cabbarov bizə işləməyə imkan vermir. Pəncərələrimizi və qapılarımızı qapatdığından minlərlə cücə qırıldı və mənə ziyan dəydi.

Mən dəfələrlə prezidentə və nazirlərə müraciət etmişəm. Amma heç bir nəticəsi olmayıb. Prezident sonuncu çıxışında icra başçılarına tapşırdı ki, sahibkarları incitməyin. Siraqəddin Cabbarov bu tapşırığa əməl etmir. Odur ki, mən bir daha prezidentə və nazirlərə müraciət edirəm. Qoy hamı görsün ki, dövlətə vergi ödəyən, iş yerləri açan sahibkar Saatlıda hansı müsibətlərlə üzləşib”.

Mənbəmiz bildirir ki, artıq başçının təzyiqinə məruz qalmış sahibkarın işinin araşdırılması üçün Prezident Administrasiyasından müvafiq qurumlara təlimat verilib. Hər halda belə bir araşdırmanın Siraqəddin Cabbarovun gedişinin sürətlənməsinə təsir edəcəyi heç şübhəsidzdir. Onu da bildirək ki, gələn xəbərlərdə icra başçılarından birinin məhz sahibkarlara qarşı amansız siyasət aparması səbəbindən vəzifəsindən alınacağı haqda məlumat da yer alıb. Indi ola bilər ki, həmin başçı elə Siraqəddin Cabbarov olsun.

Məsələ ilə əlaqədar bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt