Əsas Səhifə > Hadisə > KÜRƏKƏN QAYNATASINI QƏTLƏ YETİRDİ VƏ...

KÜRƏKƏN QAYNATASINI QƏTLƏ YETİRDİ VƏ...


30-03-2013, 11:19
KÜRƏKƏN QAYNATASINI QƏTLƏ YETİRDİ VƏ...
...MEYİTİ HƏYƏTDƏ BASDIRDI

Bakıda kürəkən qayınatasını qətlə yetirib.

Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə martın 28-də, Lökbatan qəsəbəsi 5-ci massiv, ev 38 ünvanında baş verib. Yardımlı rayon sakini, 1979-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Bayram Təvəkkül oğlu Əliyev qayınatası, Lökbatan qəsəbəsində yaşayan, 1963-cü il təvəllüdlü Tofiq Əziz oğlu Həsənovu bıçaqlayaraq qətlə yetirib.

B. Əliyev hadisəni törədəndən sonra qayınatasının meyitinin həmin ünvanda yerləşən evin həyətində basdırıb. Martın 30-da həmin meyit aşkarlanaraq eksqumasiya edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120. 1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Geri qayıt