Əsas Səhifə > Dünya > BAŞ PROKURORA QARŞI AKSİYALAR BAŞLADI

BAŞ PROKURORA QARŞI AKSİYALAR BAŞLADI


30-03-2013, 10:32
BAŞ PROKURORA QARŞI AKSİYALAR BAŞLADI
MİSİRDƏ VƏZİYYƏT STABİLLƏŞMİR

Misirdə minlərlə insan prezident tərəfindən təyin edilmiş baş prokurora qarşı etiraz aksiyası keçirib. Baş prokuror Talat Abdullahın Ali Məhkəməsinin qarşısında onun bürosunu zəncirlərlə dövrəyə alan etirazçılar ondan istefaya getməsini tələb edib. Onlar baş prokurorun diktator rejimi devirmiş inqilabçıların bəziləri haqqında istintaqa başlamaq tapşırığı verdiyini bildirib, - “dunyabulteni”.

Etirazçılar eyni zamanda bildiriblər ki, baş prokuror Talat Abdullahın bu vəzifəyə təyin edilməsi qanunvericiliyə ziddir. Onlar baş prokurorun inqilabçıları dəstəkləmədiyini bildirib.

Qeyd edək ki, artıq Misir Ali Məhkəməsi də prezident Muhəmməd Mursi tərəfindən keçmiş baş prokurorun istefaya göndərilməsinin qanunsuz olduğunu bildirib.

Geri qayıt