Əsas Səhifə > Gündəm, Manşet > BƏRDƏDƏ QAÇQIN AİLƏLƏRƏ DİVAN TUTAN KİMLƏRDİR?

BƏRDƏDƏ QAÇQIN AİLƏLƏRƏ DİVAN TUTAN KİMLƏRDİR?


30-03-2013, 10:00
BƏRDƏDƏ QAÇQIN AİLƏLƏRƏ DİVAN TUTAN KİMLƏRDİR?
YERLİ QURUM 195 AİLƏYƏ QANUNSUZ OLARAQ 1000 MANATLIQ BORC YAZIB

DİA.AZ: - Redaksiyamıza Bərdə rayonunda məskunlaşmış bir qrup məcbyuri köşkün ailəsi üzləşdikləri problemlə bağlı müraqciət ünvanlayıblar. DİA.AZ-a 195 ailə adından müraciət edən Elməddin Əkbərli problemlərinin həlli üçün aidiyyatı qurumlara müraciət etdiklərini söyləsələr də, bir çarə qılınmadığını bildirir.

Müraciətdə deyilir: “Salam, hörmətli redaksiya. Mən Əkbərli Elməddin Kamil oğlu məcburi köçkün kimi Bərdə rayonu Təhlə kəndində (yeni qəsəbədə) məskunlaşmışam.

Bildirim ki, biz 195 evlik yeni qəsəbəyə 2012-ci ilin noyabr ayında köçürülmüşük. Bura köçəndən Bərdə Elektirik Şəbəkə Mingəçevir Rayonlararası Elektrik Şəbəkə ilə birləşərək, sanki bizə ev verilməsindən qəzəblənərək hər bir ailəyə orta hesabla 1000 manat qanunsuz borc yazıb.

İndi isə dövlətin bizə verdiyi elektirik limitini kartımıza yükləmirlər və borc adı ilə saxlayırlar. Bu idarənin hər bir işçisi özünü müdir kimi hiss edir və heç kimi saymırlar. Adi abonentlərlə davranmaq qaydalarını da bilmirlər. Problemi həll etmələrini dedikdə isə, bizi hədələyirlər. Sizdən bizim problemimizi lazımi ünvanların diqqətinə çatdırmağınızı xahiş edirik”.

Geri qayıt