Əsas Səhifə > Hadisə > “EYNULLA FƏTULLAYEVİ MƏHKƏMƏYƏ VERƏCƏYƏM”

“EYNULLA FƏTULLAYEVİ MƏHKƏMƏYƏ VERƏCƏYƏM”


1-12-2011, 13:07
“EYNULLA FƏTULLAYEVİ MƏHKƏMƏYƏ VERƏCƏYƏM”

ÇİNGİZ QƏNİZADƏ KEŞMİŞ MƏHBUSA QƏZƏBLİDİR

“Mən barəmdə belə əsassız və ziyanlı fikirləri cəmiyyətdə yaymaqla imicimə ziyan vurmaq istəyən şəxslərlə sivil qaydada mübarizə aparacağam. Belə şəxsləri məhkəməyə verəcəyəm”.

Bunu hüquq müdafiəçisi, deputat Çingiz Qənizadə açıqlamasında bildirib. Qənizədə Əvəz Zeynallı ilə bağlı keçirilən toplantıda Eynulla Fətullayevin onun barəsində işlətdiyi fikirlərin yalan və əsassız olduğunun vurğulayıb. Eynulla Fətullayev deyib ki, həbsdə olduğu müddətdə hakimiyyətin ona qarşı hazırladığı müraciətə deputat Gültəkin Hacıbəyli imza atmasa da, hüquq müdafiəçsi Çingiz Qənizadə imza atıb. Ona görə də mandatı G.Hacbəyliyə yox, Ç.Qənizadəyə veriblər.

Çingiz Qənizadə «Bizim Yol»a deyib ki, E.Fətullayev ortaya sərsəm fikirlər atır: “Azərbaycan cəmiyyəti kimin nəyə xidmət etdiyini bilir”.

Çingiz Qənizadə əlavə edib ki, deputat seçildiyi üçün kiminsə gözü onu götürmür. Bu səbəbdən də paxıllıq hisslərini gizlədə bilmirlər: “Mən bilmirəm ki, Eynulla Fətullayev hansı məqaləni nəzərdə tutur. Əgər o, sərsəm fikirlər səsləndirmirsə həmin yazının adını açıqlasın, bizdə görək ki, nəyi nəzərdə tutur. Mən belə anladım ki, Fətullayev cəmiyyəti çaşdırmaq niyyəti güdür. Eynulla Fətullayev maddiyət xətrinə hər kəsin əleyhinə qərəzli yaza bilər. Vaxtı ilə onun qəzetlərinin maliyyə mənbəyinin haradan gəldiyini bilirik. Bu şəxs müxtəlif dövlət qurumları, onun rəhbərləri haqqında təhqiramiz yazılar yazırdı. Bu gün ona pul versən müxalifəti də söyəcək”.


Geri qayıt