Əsas Səhifə > Ölkə, Manşet > GÜLHANƏ YOLUNDA ÖLƏN ƏSGƏRİN ATASI FƏRYAD ÇƏKİR

GÜLHANƏ YOLUNDA ÖLƏN ƏSGƏRİN ATASI FƏRYAD ÇƏKİR


29-03-2013, 13:36
GÜLHANƏ YOLUNDA ÖLƏN ƏSGƏRİN ATASI FƏRYAD ÇƏKİR
MƏRHUMUN ATASI OĞLUNUN QATİLLƏRİNƏ CƏZA İSTƏYİR

DİA.AZ: - N saylı hərbi hissəniıı əsgəri olmuş, Mərkəzi hərbi Klinik Hospitalın həkimlərinin təqsiri üzündən ölmüş Novruzov Eldar Qədir oğlunun atası Novruzov Qədir Novruz oğlu prezidentə və bir sıra dövlət rəhbərliyi nümayəndələrinə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a göndərilən müraciətin mətnində deyilir:

“Hörmətli Prezident! Mənim oğlum, 708 sayiı hərbi hissənin əsgəri Novruzov Eldar Qədir oğlu evə təxris edilməsinə bir neçə gün qalmış Mərkəzi hərbi Klinik Hospitalın bir qrup həkimlərinin təqsiri üzündəıı 29.09.2011-ci il tarixdə vəfat etmişdir.

20 il min bir əziyyətlə böyütdüyüm və vətən yolunda hərbi xidmətə yola saldığım oğlumun qara xəbəri bir ata kimi mənim qəlbimi parçalamışdır. Əgər mənim oğlum hərbi xidmətdə düşmən gülləsindən şəhid olsaydı mən bunu bir şərəf, bir baş ucalığı hesab edərdim, lakin məni yandıran odur ki, oğlum həkimlərin naşılığının qurbanı olmuş, ona düzgün olmayan müalicələr təyin edilınəklə öldürülınüşdür.

Bu fakta görə Bakı Hərbi Məhkəməsinin 17 dekabr 2012-ci il tarixli hökmü ilə Adıgözəlov Vasif Umud oğlu AR CM-nin 342.2,341.1 ə 313-cü maddələri ilə təqsirli bilinərək AR CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 500 ınanat məbləğində cərimə cəzası təyin edilmiş„AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdaıı məhrumetmə cəzası lil sınaq müddəti verilməklə şərti hesab edilmişdir. (sədıiik edən hakim M.Əliyev)

Mən məhkəmə hökmü ilə razı olmadığım üçün onclan apcllyasiya şikayəti
vermişəm...

Hospitalın həkimi V.Adıgözolov oııda təqsirli bilinmişdir ki,o vəzifəlı şəxs kimi ağır nəticələrə səbəb olan öz xidməti borcuna səhlənkar yanaşmış,hebclə digər şəxsi marağa görə öz qulluq mövqeyindən sui-istifadə etmiş və şəxsi niyyətlə rəsmi sonədlərə bilə-bilə valan məlumat daxil edərək va/.ifə saxtakarlığı etmişdir. liu hərəkətiıı sonu isə mənirn 708 sayh hərbi lıissədə qulluq ctmiş oğlum Novruzov Eldar Qədir oğlunun ölünıü ilə nəticələııınişdir.

Mən ınərlıumun hüquqi varisi kimi iistiııtaq və məhkəmə prosesinə cəlb edilmiş və oğlümuıı yalııız V.Adıgözəlovun deyir eyni zamanda Mərkəzi Hərbi Klinik Hospitalın LOR şöbəsinin rəisi işləıniş İbrahimov İbrahim Camal oğlunun təqsiri üzündən ağır vəziyyətə düşdüyünü, sonda isə oğlumun Türkiyə Respublikasına müalicəyə aparacağımdan xəbər tutduğu üçün öz qeyri-qanuni apardıqları «müalicənin» üstünün açılmaması üçün ona 14 sentvabr 2011-ci ildən spesifik müalicə təyin edildiyini və və nətidəcə oğlum Eldarın 29.09.2011-ci il tarixdə Türkiyəyə aparılarkən Hava limamnda vəfat etdiyini bildirmişəm.

Oğlumun «müalicəsi» ilə yalnız təqsirləndirilən V.Adıgözəlov deyil, İ.İbrahimov da məşğul olmuş və o özü də məlıkəmədə verdiyi ifadəsində bu müalicənin aparılmasında iştirakını inkar etməmişdir.Bundan başqa məhkəmə prosesində dindirilən şalıidlər də həmin ərəfədə İ.İbrahimovun oğlum Eldarın müalicəsi ilə məşğul olduğunu bildirıniş Iakin bütün bunlara baxınayaraq məhkəmə hökmündə İ.İbrahimovun baş vermiş bu cinayət əməli ilə əlaqəsini və cinayətin 1 qrup şəxs tərəfindən törədilməsini qeyd etməmişdir.

Mənim bildiyim qədər 2 həkimin günahı üzündən həyatdan köçən oğlumun aqibətinə biganəliyini nümayiş etdirən məhkəmə bu ölümə əlini batırmış həkimlərdən birinə-V.Adıgözəlova şərti cəza təyin etməklə canım məsuliyyətdən qurtarmışdır.Məhkəmə prosesdə elan etmişdir ki,İ.İbrahimovun barəsində xüsusi qərardad qəbul edilərək araşdırılması üçün Prokurorluğa göndəriləcəkdir,lakin həmin xüsusi qərardadın surəti mənə verilməmişdir.

Təqsirləndirilən V.AdıgözəIova AR Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham irəli sürülmüş,lakin həmin maddələrin sanksiyasında azadlıqdan məhrumetmə ilə bağlı cəzalar nəzərdə tutulduğu halda məhkəmə bu cinayətin ağır nəticəsini nəzərə almayaraq V.AdıgözəIov barəsində AR CM- nin 70-ci maddəsini tətbiq etmişdir. Halbuki 1 il şərti cəza ictimai təhlükə törətməyən cinayətlərə görə tətbiq edilir,lakiıı bu cinayətin qurbanı mənim 20 yaşlı oğlum olmuşcIur.Məhkəmə nədənsə oğlumun ölümünü o qədər də ağır nəticə hesab etməmişdir.Ən dəhşətlisi isə odur ki,müxtəlif ınüddətlərə cəza nəzərdə tutan 3 maddə ilə cəzalandırlan V.Adıgözəlova məhkəmə AR CM-nin 70-ci maddəsini tətbiq edir və bu cinayət onun birbaşa vəzıfə borcu(həkimlik fəaliyyəti) ilə bağlı olduğu halda onu müəyyən müddətə vəzifə borcunu yerinə yetirmək hüququndan da məhrum etmir,zəruri olan bu əlavə cəza növünü tətbiq etmir,məhkəmə sanki oğlumu öldürdüyü üçün bu şəxsdən humanistliyini əsirgəməmək qərarına gəlmiş və bundan sonra da belə cinayətləri davam etdirməsinə imkan yaratmışdır.

Halbuki V.Adıgözəlov və İ.İbrahimov təyin etdiukləri düzgün olmayan müalicəni ört-basdır etmək məqsədi ilə qəsdən oğlumu öldürmüş və hər iki şəxs adam öldürmə maddəsi ilə- AR CM-nin 120.2-ci maddələri ilə cinavət məsuliyyətinə cəlb olunınalıdırlar. Oğluııuın l)iı ş,)\sl,)i tərəllndəıı qəsdəıı öldürülməsi işdə olaıı və meyidin müayiııəsi zamanı ölünıün səbəbləıi ilv) bağlı verilmiş ekspert rəyi ilə də təsdiq olunur.(həkim rəyin surəti ni ərizəmə əlavə edirəm). Bu rəvi oxuduqdan sonra tam şəkildə avdın olur ki,oğlumun ölümü adi həkim səhlənkarlığı yox,məqsədIi surətdə atılmış addımdır,çünki analiz göstəricilərindən sonra nəinki həkim,heç adi tibb elmindən anlayışı olmayan bir insan da təyin edilmiş dərmanların qəbulunun davım etdirilməsinə göstəriş verməz, digər tərəfdən məhkəmə bu cür həkimi öz vəzifəsində də saxlamağı məqsədəuyğun bilmişdir.Kim bilir,bundan sonra həkim işləməklə V.Adıgözəlov daha kimləri həyatdan məhrum edəcəkdir,daha neçə əsgər atasını gözüyaşlı qoyacaqdır?

Bu hökm vaxtsız həyatdan getmiş oğlumun ruhunu ələ salmaqdan və bir ata kimi mənim mənəvi hisslərimi tapdalamaqdan başqa bir şey deyildir.Məhkəmə hökmü lıaqqın,ədalətin deyil,ədalətsizliyin və qanunsuzluğun qələbəsindən xəbər verir.Güman edirəm ki,bir anlığa özünü mənim yerimdə hiss edən bir ata,bir ailə başçısı mənim düşdüyüm bu ağır vəziyyəti başa düşən hər bir İnsan bu cür qanunsuz məhkəmə qərarınm qüvvədə qalmasına imkan verməyəcək və günahkar şəxslərin layiqli cəza almalarına qərar verəcəkdir.Mən qanunsuz məhkəmə hökmü ilə bağlı AR Baş Prokurorluğuna şikayət etmiş,Iakin həmin şikayətə rəsmi cavab aldıqdan sonra başa düşdüm ki,Prokurorluq nədənsə İbrahim İbrahimovun bu cinayət hadisəsində təqsirləndirilən şəxs kimi cəlb edilməsində maraqlı deyildir.İ.İbrahimov hər tərəfdən müdafiə olunur və onun əməllərinə hüquqi qiymət verilməyəcəkdir.

Mən Sizə inanıram və bir ata kimi bu gün oğlumun ölümündə günahkar bilinən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməmələrinə görə oğlumun ruhu qarşısında xəcalət çəkirəm,oğlumuıı qanı yerdə qalmamaIı,onun ölümündə əli olan bütün şəxslər layiqli cəzalarını almalıdırlar,bu işdə isə mən yalnız Sizə güvənir və xahiş edirəm ki,bu cinayət işini öz nəzarətinizə götürməklə oğlumun ölümü ilə bağh cinayət işinin obyektiv araşdırılmasına və günahkar olan bütün şəxslərin layiqli, ağır cəza almalarına köməklik göstərəsiniz”.

Geri qayıt