Əsas Səhifə > Sosial, Manşet > MƏRKƏZİ BANKDAN İSMƏT ABBASOVA ŞOK ZƏRBƏ

MƏRKƏZİ BANKDAN İSMƏT ABBASOVA ŞOK ZƏRBƏ


29-03-2013, 11:59
MƏRKƏZİ BANKDAN İSMƏT ABBASOVA ŞOK ZƏRBƏ
NAZİRƏ MİLYONLARI QAZANDIRAN KREDİT TƏŞKİLATLARI HƏDƏFƏ ALINDI

DİA.AZ: - Bir neçə gün əvvəl Kənd Təsərrüfatı Nazirliyinə aid bir neçə kredit ittifaqının iştirakı ilə Dünya Bankından ayrılan milyonlarla vəsaitin talanması barədə məlumat yaymışdıq. Bildirək ki, bu xəbəri yaymağımızın ardından nazirlikdən redaksiyamıza müxtəlif hədələr də yağdırıldı. Lakin sonradan İsmət Abbasovun kredit siyasətini icra edən strukturda kadr islahatı aparması əslində yazdıqlarımızın həqiqət olduğunu sübuta yetirdi.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, artıq Mərkəzi Bank da hərəkətə keçərək İsmət Abbasovun talançı kredit ittifaqlarına qarşı cəza tədbirlərini həyata keçirməyə başlayıb. Bu barədə az sonra. Hələliksə DİA.AZ olaraq keçən günlərdə açıqladığımız faktları xatırladırıq.

Redaksiyamıza göndərilən məlumatda deyilirdi: “Dünya Bankı Azərbaycanda yoxsulluq səviyyəsinin aşağı salınması üçün dövlətimizə müəyyən müddətdən sonra qaytarılması nəzərdə tutulmaqla pul vəsaiti (18 mln ABŞ dolları) ayırmışdır. Həmin pul vəsaitinin kredit şəkilində paylanılması “İcraçı Kredit Agentliyi” Bank Olmayan Kredit Təşkilatına (İKA) həvalə olunmuşdur və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kredit ittifaqlarının kreditləşməsi üçün nəzərdə tutulmuşdur.

Kənd təsərrüfatı sahəsini əhatə etdiyinə görə İsmət Abasov bu özəl qurumun fəaliyyətinə müdaxilə etmiş və keçmiş işçi heyətinin işdən uzaqlaşdırılmasına nail olmuş, Arif Əliyevi İKA-nın baş direktoru vəzifəsinə təyin etmiş və bu yolla Dünya Bankının ölkəmizə ayırdığı pullara yiyələnmişdir.

Arif Əliyev kredit ittifaqlarına veriləsi kreditlərin müəyyən qismini “şapka” şəkilində onlardan tələb edirdi və öz dili ilə İsmət Abasova veriləcəyini söyləyirdi. Hətta İKA-da çalışan Fəqanın əli ilə 7ci mərtəbəyə, yəni İsmət Abasova çantada pulların daşınılmasının şahidi olanlar da vardır.

Arif Əliyev bir çox kredit ittifaqlarının- “Tərəkəmə”, “Yüzbaşlı-2”, “İlham”, “Sahibkarlar”, “Aşıxlı”, “Aran”, “Ləman”, “Masallı” və digərlərinin adı ilə təşkilatdan külli miqdarda pullar çıxarmış və özlərinin dediyi kimi aşağı yollamışdır. Hətta İlham və Yüzbaşlı-2 kredit ittifaqlarının sədrlərinin başqa cinayət işlərində əlləri olduqlarına görə həbs olunmuşlar.

Arif Əliyev Sahibkarlar və Tərəkəmə Kİ-lərin adlarına 1 mln manat kredit ayırmasına və onun müəyyən qismini mənimsəməsinə baxmayaraq, hər birindən 1mln manatın geri qaytarılmasını tələb etdikdə həmin Kİ rəhbərləri Azərbaycanı tərk edərək Türkiyəyə qaçmışlar.

Tərəkəmə Kİ-nin rəhbəri Türkiyədə qızıl mağazası açıb fəaliyyət göstərir. Hətta Arif Əliyev girovların qeyri-qanuni qiymətləndirməsi, yalandan təmir xərcləri və s kimi təşkilata məxsus olan pulları da təşkilatdan çıxarıb İsmət Abasovla bölür”.

İndi isə aydın olur ki, bütün bu faktlar üzrə dövlətin müvafiq qurumları araşdırma aparıblar. DİA.AZ-ın əldə etdiyi bilgilərə görə, artıq Azərbaycan Mərkəzi Bankı (AMB) iki kredit ittifiqanın məhdud bank fəaliyyətinin aparılması üçün verdiyi lisenziyanı ləğv edib. Qeyd edək ki, bu barədə AMB-nin yaydığı məlumat "Xalq" qəzetində də dərc olunub.

AMB-nin yaydığı məlumata görə, "Tatyan" Kredit İttifaqi MMC (Masallı rayonu Tatyan kəndi) qanunvericlik aktlarının və Məkəzi Bankın normativ xarakterli aktlarının tələbələrini pozulmasına və həmin halların aradan qaldırılmamasına görə, "Yüzbaşılı-2" (Ağdam rayonu Yüzbaşılı kəndi) Kredit İttifaqi MMC-nin isə üzürsüz səbəblərdən ardıcıl olaraq iki hesabatı vaxtında təqdim etmədiyinə görə ləğv olunub.

Qərar rəsmi qəzetdə dərc edildiyi gündən 10 gün sonra qüvvəyə minir. Qərar qüvvəyə mindiyi gündən 30 gün müddətində maraqlı şəxs tərəfindən aidiyyatı üzrə Azərbaycan İnzibati-İqtisadi Məhkəməsinə şikayət edə bilər.

DİA.AZ-ın əldə etdiyi informasiyaya görə, İsmət Abbasova milyonları qazandıran digər kredit təşkilatlarının da anoloji formada cəzalandırılması gözlənilir.

Geri qayıt