Əsas Səhifə > Dünya > TÜRKİYƏ XİN BAŞÇISI İSTEFA VERƏ BİLƏR

TÜRKİYƏ XİN BAŞÇISI İSTEFA VERƏ BİLƏR


29-03-2013, 11:31
TÜRKİYƏ XİN BAŞÇISI İSTEFA VERƏ BİLƏR
İSRAİLLƏ GİZLİ ƏLAQƏSİ SÜBUT OLUNARSA

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu əgər ölkə müxalifətinin onun İsraillə gizli danışıqlar aparması faktını və Qətərdə bu ölkə ilə razılaşma əldə edilməsi barədə iddialarını sübut edəcəyi halda vəzifəsindən və siyasətdən getməyə hazır olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Davudoğlu "SKY Türk 360" telekanalına müsahibəsində bildirib.
"Qoy müxalifət mənim İsraillə gizli danışıqlar aparmağımı və Qətərdə əldə olunan razılaşmalar barədə iddiaları sübut etsin. Əgər onlar buna müvəffəq olsalar, mən istefa verməyə və siyasətdən getməyə hazıram",- o bildirib.
Nazir qeyd edib ki, İsrailin bu ölkədən üzr istəməsi Türkiyənin uğurlu diplomatiyası və yəhudi dövlətinə göstərdiyi təzyiq nəticəsində olub.
Gələn həftə İsraildən olan nümayəndələr "Azadlıq donanması"na qarşı hərbi əməliyyatda həlak olan Türkiyə vətəndaşlarının ailələrinə kompensasiyaların ödənilməsi ilə bağlı bu ölkəyə səfər edəcəklər.

Geri qayıt