Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ABBAS ABBASOVUN TƏRƏFDARI SƏFİRİMİZİ TOPA TUTDU

ABBAS ABBASOVUN TƏRƏFDARI SƏFİRİMİZİ TOPA TUTDU


29-03-2013, 10:31
ABBAS ABBASOVUN TƏRƏFDARI SƏFİRİMİZİ TOPA TUTDU
POLAD BÜLBÜLOĞLU HƏDƏFDƏ

Azərbaycan Jurnalistlər Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü, Azərbaycanın ağır atletika üzrə çempionu və rekordçusu Valeri Tatarintsev səfir Polad Bülbüloğluna açıq məktubla müraciət edib.

Modern.az-ın məlumatına görə, hazırda Moskvada yaşayan V.Tatarintsev Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli elçini diaspora diqqətsizlikdə suçlayır. O yazır: “Yəqin ki, Rusiyada sabit fəaliyyət göstərən, siyasi cəhətdən fəal diasporun (məsələn, “AzərRoss” prezidenti Söyün Sadıxov son prezident seçkilərində Vladimir Putinin səlahiyyətli nümayəndəsi idi) varlığından, dağınıq azərbaycanlı təşkilatlarının vahid təşkilatda birləşməsindən, ümumi fəaliyyət strategiyası hazırlamasından xəbərdarsınız. Bütün bunlar ağsaqqal Abbas Abbasovun rəhbərliyi altında həyata keçirilir. O, bəlkə də Rusiyadakı bütün azərbaycanlıları birləşdirməyə qadir şyeganə əxsdir. Və bir neçə gün öncə keçirilmiş “Novruz-2013” tədbiri də bu birləşmənin rəmzidir”.

V. Tatarintsev qeyd edir ki, P. Bülbüloğölu fevralın 25-də “Prezident otel”də keçirilən tədbirə dəvət edilib. Lakin səfir “AzərRoss”un təşkilatçısı olduğu və Xocalı soyqırımının anımına həsr olunan tədbirə qatılmayıb. Eləcə də “AzərRoss”un və Rusiya Azərbaycan Təşkilatları İttifaqının (“Milyarderlər ittifaqı”) martın 25-də Novruz bayramı ilə əlaqədar tədbirində də P.Bülbüloğlunu görən olmayıb. Açıq məktubun müəllifi Rusiyadakı səfirimizə müraciət edərək bu tədbirlərə niyə qatılmadığını soruşur.
“Siz istər xoş günlərdə, istərsə də hüzr günündə soydaşlarınıza tüpürürsünüz. Bundan sonra haqqınızda nə düşünməliyik? Bir azərbaycanlı kimi sizə, dəstəyinizə necə güvənə bilərik? O cümlədən həmrəylinizə artıq bel bağlamırıq!”.

Geri qayıt