Əsas Səhifə > Gündəm, Manşet > VAQİF AXUNDOVUN ADI NİYƏ “QARA SİYAHIYA” DÜŞÜB?

VAQİF AXUNDOVUN ADI NİYƏ “QARA SİYAHIYA” DÜŞÜB?


29-03-2013, 10:08
VAQİF AXUNDOVUN ADI NİYƏ “QARA SİYAHIYA” DÜŞÜB?
GENERAL BİR YANDAN MTN ŞEFİ İLƏ, BİR YANDAN DA ƏYYUBOVLA DÖYÜŞÜR

DİA.AZ: - Keçən günlərdə hakimiyyətin növbəti kadr islahatlarına tədarük görməsi barədə xəbər yaymışdıq və bildirmişdik ki, artıq “vurulacağı” haqda məlumatlar yayılan Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun yerinə gətiriləcək şəxsin kimliyi də məlumdur. XDMX-nin yeni rəhbərinin bu günlərdə prezident İlham Əliyev tərəfindən rütbəsi artırılaraq general-mayor ranqına yüksəldilən Sabir Nağıyevdir.

Xatırladaq ki, Sabir Nağıyev xidməti vəzifəsində bir neçə dəfə təltif olunub. O, 2008-ci ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 15 illiyi münasibətilə, dövlətin milli təhlükəsizliyinin, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə, vəzifə borclarını yerinə yetirərkən fərqləndiklərinə görə bir qrup zabitlə birlikdə "Vətən uğrunda" medalı ilə də təltif edilib.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, neçə müddətdir yola salınacağı ilə bağlı məlumatları yayılan Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovu elə əvəz edəcək şəxs də Sabir Nağıyevdir.

Məlumatı verən qaynaq iddia edir ki, Vaqif Axundovun yerinə hazırlanan Sabir Nağıyevə Novruz bayramı ərəfəsində etimad göstərilərək, rütbəsinin artırılması birbaşa olaraq dövlət başçısının yenicə olaraq general paqonları almış XDMX əməkdaşına olan diqqətinin göstəricisi kimi qəbul olunmalıdır: «Bunu həm də nəzərdə tutulan planların tədarükü kimi də qəbul etmək olar».

DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, yaxın günlərdə Vaqif Axundovun istefaya göndərilməsi planlaşdırılır. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbənin söylədikləri: «Vaqif Axundov neçə müddətdir ki, hakimiyyətiçi oyunlara cəlb olunub. Hətta onun aşkar surətdə prezident komandasının ən etibarlı nümayəndələrindən hesab edilən Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə qarşı açıq kampaniya aparması da sübuta yetirilib. Belə ki, keçən il həbs olunan XDMX-nin keçmiş əməkdaşı Asif Lətifov mətbuata verdiyi açıqlamalarında da açıq şəkildə bildirmişdi ki, o, XDMX-dən «MTN-nin şpionu» kimi qovulub və buna səbəb onun MTN rəhbəri Eldar Mahmudova bayram münasibətilə təbrik teleqramı göndərməsi olub».VAQİF AXUNDOVUN ADI NİYƏ “QARA SİYAHIYA” DÜŞÜB?


Xatırladaq ki, mətbuata verdiyi açıqlamasında Asif Lətifov dəfələrlə bildirmişdi ki, ona XDMX rəhbərliyinə aid şəxslər tərəfindən MTN-lə əməkdaşlıq etməsini təsdiqləməsi barədə təkliflər edilib. Amma o, bununla razılaşmayıb və nəhayətdə «çox bilməsi» ona baha başa oturub və XDMX rəhbərliyinin sifarişi ilə Asif Lətifov həbs edilib. Halbuki onun zamanında prezident Heydər Əliyevin mühafizəsinin təşkili zamanı ağır şəkildə yaralandığı da bir faktdır.

Beləliklə, məhz özünün şəxsi qrup maraqlarından çıxış edən Vaqif Axundovun hakimiyyətiçi oyunların fövqündə dayanması bu gün XDMX-də rəhbər dəyişikliyini zəruriləşdirib. Məlumatı verən mənbə bildirir ki, Vaqif Axundovun prezidentin şəxsi mühafizəsinin rəisi Bəylər Əyyubovla da münasibətlərinin gərgin olması onun gedişini daha da sürətləndirən faktor kimi diqqətə gəlir.

Geri qayıt