Əsas Səhifə > Sosial, Manşet > TALEH QARAŞOV YIĞDIĞI PULLA PROBLEM HƏLL ETSİN

TALEH QARAŞOV YIĞDIĞI PULLA PROBLEM HƏLL ETSİN


29-03-2013, 09:34
TALEH QARAŞOV YIĞDIĞI PULLA PROBLEM HƏLL ETSİN
LƏNKƏRANDA UŞAQ XƏSTƏLİKLƏRİ ŞÖBƏSİ ACINACAQLI DURUMDADIR

DİA.AZ: - Əyalətlərdəki xəstəxanaların acınacaqlı durumu barədə dəfələrlə yerli mətbuatda müxtəlif tipli məlumatlar verilib. Amma nə faydası? Bu gün səhiyyə sistemində tikintini biznesə çevirən bəzi işbaz məmurların sayəsində sanki bu problemin əbədiliyi qarantiyə alınıb.

Bu dəfə isə oxuculara Lənkəran rayon Mərkəzi Xəstəxanasının Uşaq Xəstəlikləri şöbəsinin vəziyyəti barədə bilgi vermək niyyətindəyik. DİA.AZ-a Lənkərandakı qaynaqlardan ötürülən informasiyada bildirilir ki, rayonun uşaq xəstəlikləri şöbəsinin binası və binadakı xidmət az qala ibtidai icma quruluşunu xatırlatmaqdadır. Hər halda neft pullarının iri oliqarx-məmurların yeyinti vasitəsinə çevrildiyi bir şəraitdə Lənkəran rayonunda körpələrin sağlamlağına bu cür münasibətin bəslənməsi rəsmən düşmənçilik kimi qəbul edilməlidir.

Bununla bağlı DİA.AZ-ı bilgiləndirən mənbə iddia edir ki, əslində bu məsələdə icra başçısı Taleh Qaraşovun da çox ciddi səhlənkarlığı var: «Bu gün Taleh Qaraşov müxtəlif bəhanələrlə pul qazanma yolunu seçib. Elə Novruz Bayramı ilə bağlı da böyük pullar yığıldı və ciddi pullar xərcləndi».

Mənbəmizin sözlərinə görə, bayram törənlərinin təşkili məqsədilə rayondakı sahibkarlardan 1000-5000 manatdan pul yığılıb: «Tamam, əgər sahibkarlar talanmaq üçün nəzərdə tutulubsa, heç olmasa, bu pulla uşaq xəstəlikləri şöbəsinin təmirini də həyata keçirəydilər və bu bayram günü Lənkəran camaatının dualarını qazanaydılar».

Həmin şöbənin durumunu əks etdirən fotoları diqqətinizə təqdim edirik və qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq. Bizi izləməkdə davam edin…

TALEH QARAŞOV YIĞDIĞI PULLA PROBLEM HƏLL ETSİN
TALEH QARAŞOV YIĞDIĞI PULLA PROBLEM HƏLL ETSİN
TALEH QARAŞOV YIĞDIĞI PULLA PROBLEM HƏLL ETSİN
Geri qayıt