Əsas Səhifə > Sosial, Manşet > «BANK OF BAKU»NUN DAHA BİR FIRILDAĞI

«BANK OF BAKU»NUN DAHA BİR FIRILDAĞI


1-12-2011, 12:13
«BANK OF BAKU»NUN DAHA BİR FIRILDAĞI

İRANIN MALİYYƏ ÇEVRƏLƏRİNƏ BAĞLI OLAN QURUMDA ŞOK HADİSƏ

DİA.AZ: - Son günlər «Bank of Baku»nun qaranlıq fəaliyyəti ilə bağlı oxucucalırımızı davamlı olaraq məlumatlandırmaqdayıq. Xatırladaq ki, bu banka qarşı keçən ilin oktyabr ayında məşhur «Vikiliks» təşkilatının açıqladığı məxfi sənədlərdə çox ağır ittihamlar səslənsə də, nə rəsmi Bakı, nə də bank rəhbərliyi bu məsələlərə aydınlıq gətirmədilər. Doğrudur, həmin ərəfədə «Bank of Baku»ya rəhbərlik edən Xəyal adlı şəxs müəyyən formada izahat verməyə çalışdı. Amma bu «izahatı» belə ona baha başa gəldi. Belə ki, mətbuata çıxdığına görə, bu gənc vəzifəsindən alındı və banka yeni rəhbər təyin edildi.

ABŞ səfirliyinin sözügedən ölkənin Dövlət Departamentinə ünvanladığı məxfi qrifli sənədlərdə isə bildirilirdi ki, hər ay İrandan ötürülən 5 milyon dollar vəsait bu bank tərəfindən yuyulur. Bu bank eyni zamanda Azərbaycanda kifayə qədər böyük imkanlara malik olan Oromi qardaşlarının «NAB» şirkətinə bağlı struktur olmaqla yanaşı, İranın xüsusi xidmət orqanları ilə əlaqədə də ittiham edildi.

İndi isə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, «Bank of Baku» bu günlərdə böyük bir fırıldaqçılığa imaz atıb. Belə ki, iranlı sahibləri bankın filiallarından birinin iştirakı ilə külli miqdarda çirkli pulu «obnaliçka» yolu ilə təmizləyiblər. «Dünya» İnformasiya Agentliyinə danışan mənbənin sözlərinə görə, bu dəfə də «obnaliçka» fırıldaqçılarının ənənəvi üsulundan istifadə olunub:

«Belə ki, Bakıdakı kimsəsizlərdən (bomj) birinin adına Türkiyədə şirkət təsis edilib və pullar həmin şirkətin adı altında yuyulub. Bunun müqabilində isə «bomj»a cəmi-cümlətanı 3 min manat pul verilib. Halbuki söhbət milyonlarla vəsaitdən gedir».


Geri qayıt