Əsas Səhifə > Siyasət, Manşet > GÖMRÜKÇÜLƏR BÜDCƏ OĞURLUĞUNU ETİRAF ETDİ

GÖMRÜKÇÜLƏR BÜDCƏ OĞURLUĞUNU ETİRAF ETDİ


28-03-2013, 11:05
GÖMRÜKÇÜLƏR BÜDCƏ OĞURLUĞUNU ETİRAF ETDİ
AÇIQLANAN SON STATİSTİK RƏQƏMLƏR DƏ YEYİNTİNİN ETİRAFI DEMƏKDİR

DİA.AZ: - Verilən məlumatlardan aydın olur ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə 2013-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 179,583 mln. manat ödənilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 15,1% artıqdır.

DGK-dən verilən məlumata görə, ilk iki ayda büdcə ödəmələrinin 35,542 mln. manatı gömrük rüsumları, 135,870 mln. manatı ƏDV, 5,711 mln. manatı aksizlər, 2,460 mln. manatı yol vergisinin payına düşüb.

Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə gömrük rüsumları üzrə yığımlar 35,5%, aksizlər üzrə yığımlar 34,3% azalıb, ƏDV üzrə yığımlar 49,3%, yol vergisi üzrə yığımlar isə 19,5% artıb.

DİA.AZ bildirir ki, hər halda, az-çox iqtisadi anlayışı olanlar da yaxşı bilir ki, bir illik müddət ərzində 15,1 faizlik artım astronomik nailiyyət hesab olunur. Yəni normalda. Amma bunu Azərbaycan gömrükçülərinin hesabatına da şamil etmək doğru deyil.

Xatırladaq ki, zaman-zaman Dövlət Gömrük Komitəsinin büdcədən külli miqdarda pul gizlətməsilə bağlı məlumatları diqqətinizə təqdim etmişdik və açıqladığımız rəqəmlər də sətdiqləyirdi ki, büdcə ödəmələrində ciddi korrupsiypa var. Söhbət təxminən hər ay 60 milyon manatlıq vəsaitin oğurlanmasından gedir.

İndi isə aydın olur ki, Dövlət Gömrük Komitəsi köhnə günahlarını «düzəltmək» fikrinə düşüb və bu zaman da əslində səsləndirdiyimiz ittihamları dolayı yolla etiraf etmiş olub. Çünki birdən-birə 15,1 faizlik fərqi ortaya çıxarmaq o deməkdir ki, gömrükçülərimiz məhz həmin həddə olan yeyintidən imtina ediblər. Və gözləniləndir ki, tədrici olaraq bu artım tempi daha da yüksəlsin.

Geri qayıt