Əsas Səhifə > Ölkə > “ÇOX AZ SAYDA BELƏ FAKTA RAST GƏLİRƏM”

“ÇOX AZ SAYDA BELƏ FAKTA RAST GƏLİRƏM”


1-12-2011, 12:02
“ÇOX AZ SAYDA BELƏ FAKTA RAST GƏLİRƏM”

BRAYZA İRANDAN DANIŞDI

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza İranda baş verən son proseslərə münasibət bildirib.

APA-nın xəbərinə görə, səfir jurnalistlərə açıqlamasında deyib ki, ABŞ-ın yaxın müttəfiqi olan Böyük Britaniyaya qarşı İranda törədilən hadisəyə Dövlət Departamenti kəskin reaksiya verib: “Bu məsələnin ciddiliyi, ə Böyük Britaniyanın öz diplomatlarını bu ölkədən çıxarması və İran hökumətinin Britaniyadakı səfirliyini bağlaması barədə qərarı hər şeyi ortaya qoyur. Mən diplomat kimi fəaliyyətimdə çox az sayda belə fakta rast gəlirəm ki, hər hansı bir ölkə öz ərazisində fəaliyyət göstərən səfirliyin bağlanması barədə qərara qəbul edir”.

Səfir ABŞ Konqresində hazırda İrana qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı müəyyən qanunvericilik bazasının nəzərdən keçirildiyini də qeyd edib: “Əlbəttə, biz beynəlxalq ictimaiyyətdəki tərəfdaşlarımızla fəaliyyətimizin və addımlarımızın koordinasiyasına diqqət yetiririk”.


Geri qayıt