Əsas Səhifə > Gündəm, Manşet > DAHA BİR İCRA BAŞÇISI 5 İLLİK LİMİTİ DOLDURUB

DAHA BİR İCRA BAŞÇISI 5 İLLİK LİMİTİ DOLDURUB


28-03-2013, 10:13
DAHA BİR İCRA BAŞÇISI 5 İLLİK LİMİTİ DOLDURUB
SAATLININ RƏHBƏRİ BAYRAM SONRASI İLSHATLARIN İLK HƏDƏFİDİR

DİA.AZ: - Hələ xeyli əvvəlindən məlumat verərək bildirmişdik ki, Novruz Bayramından sonra bir sıra rayonların icra başçıları vəzifələrindən azad ediləcək. DİA.AZ-a bu istiqamətdən yeni məlumatlar da daxil olub. Xatırladaq ki, son xəbərlərimizin birində görəvdən alınacağı gözlənilən iki rayonun - Goranboy və Göygöl rayonlarının icra başçıları ilə bağlı məlumat vermişdik.

DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili qaynaq tərəfindən ötürülən xəbərdə bildirilir ki, hədəflər arasında Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov da var. Mənbəmiz bildirir ki, bir müddət əvvəl Hesablama Palatasının də hədəfində olan Siraqəddin Cabbarovla bağlı çox ilginc faktlar ən üst düzəyə çatdrılıdığından onun barəsində qərar verilib

Xatırladaq ki, Hesablama Palatası keçən il “Saatlı rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair” Audit proqramı qəbul edərək bir sıra yoxlamalar həyata keçirmişdi. Həmin yoxlamalar zamanı isə birbaşa olaraq Siraqəddin Cabbarovun iştirakı ilə külli miqdarda dövlət vəsaitinin pullarının mənimsənilməsi faktları aşkarlanıb.

Məlumatı verən qaynaq iddia edir ki, həmin faktlar ictimailəşdirilməsə də, gərəkən dairələr tərəfindən diqqətə alınıb: «Hələlik başçı köhnə hesabı ödəməklə məşğuldur. Amma ona yeni fürsət tanınmayacaq və gözlənilən kadr islahatlarının ilk qurbanlarından biri məhz Siraqəddin Cabbarovdur».

Qeyd edək ki, Cabbarov Siraqəddin Nəcəf oğlu 15 dekabr 1959-cu ildə İmişli rayonunda anadan olub. 1981-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.İxtisasca mühəndis-mexanikdir.

Əmək fəaliyyətinə 1981-ci ildə Bakı Metaləritmə zavodunda mühəndis-texnoloq kimi başlayıb və 1992-ci ilə kimi həmin zavodda komsomol komitəsinin katibi, baş metallurqun müavini və zavod idarəetmə xəttinin rəisi və zavod həmkərlar komitəsinin sədri kimi vəzifələrdə çalışıb.

28 avqust 1989-cu ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi rayon icra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və Başçının müavini vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2008-ci il tarixli №-li sərəncamı ilə Saatlı rayon icra hakimiyyəti başçısı təyin edilib. Yəni artıq Siraqəddin Cabbarov 5 illik limitini doldurmuş hesab olunur.

DİA.AZ bildirir ki, zaman-zaman Siraqəddin Cabbarovla bağlı mətbuatda da arzuolunmaz materiallar dərc edilib ki, bu da başçı ilə bağlı yekun qərarın verilməsində mühüm rol oynayıb. Hər halda prezident seçkiləri öncəsi rəsmi Bakı “problemli başçılardan” bir-bir qurtulmaq dəst-xəttinə sədaqət nümayiş etdirəcək.

Geri qayıt