Əsas Səhifə > Partiya > HAFİZ HACIYEVİN ARZUSU

HAFİZ HACIYEVİN ARZUSU


22-09-2011, 16:30
HAFİZ HACIYEVİN ARZUSU
MMP SƏDRİ SARKOZİ İLƏ GÖRÜŞMƏK İSTƏYİR

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Fransanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə birinci müşaviri Elza Pinyol ilə görüşüb. MMP-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ölkədə və dünyada baş verən son ictimai-siyasi proseslər, ərəb ölkələrində baş verən inqilabların səbəbləri və nəticələri, Azərbaycanda sosial vəziyyət, söz azadlığı, insan hüquqlarının müdafiəsi, həmçinin hazırkı demokratik durum müzakirə edilib.

Görüşdə tərəflər “WikiLeks”in yaydığı məxfi sənədlərdən də söhbət açıblar. Daha sonra Fransa prezidenti N. Sarkozinin Azərbaycana gözlənilən səfərində keçmiş prezidentliyə namizədlərlə görüşünün təşkil ediləcəyi halda H. Hacıyevin də iştirakının təmin edilməsi və gələcəkdə onun Fransaya işgüzar səfərinin təşkili üçün köməklik göstərilməsi xahiş olunub.

Geri qayıt