Əsas Səhifə > Sosial, Manşet > DGK ŞEFİNİ «VURANLAR» NƏYİ HƏDƏFLƏYİBLƏR?

DGK ŞEFİNİ «VURANLAR» NƏYİ HƏDƏFLƏYİBLƏR?


28-03-2013, 09:42
DGK ŞEFİNİ «VURANLAR» NƏYİ HƏDƏFLƏYİBLƏR?
AYDIN ƏLİYEVƏ QARŞI KAMPANİYANIN ARXASINDAKI ŞOK MƏQAMLAR

DİA.AZ: - Gömrük strukturlarında gərgin atmosferin hökm sürməsi barədə əvvəlindən müxtəlif məlumatlar yayılıb və yerli mətbuatda yer alan informasiyalardan belə aydın olur ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin «yuxarılara» verdiyi hesabatlarında doğru-dürüst davranmaması ona olan etimadı azaldıb və bu səbəbdən də DGK rəhbərliyində, həmçinin gömrüyə aid bir sıra strukturlarda antikorrupsiya tədbirlərinin həyata keçirilməsi gözlənilir.

Bildirək ki, bu barədə DİA.AZ-a yeni və maraqlı məlumatlar göndərilib. Hakimiyyət içindəki bilgili qaynaqlardan daxil olan informasiyalardan isə aydın olur ki, son günlər Aydın Əliyevin mətbuatda total hücum hədəfinə çevrilməsi təsadüfi deyil. Mənbənin söylədikləri: «Məlumdur ki, gömrük orqanları olduqca gəlirli bir sahədir və bu gün bir sıra oliqarx-məmurlar var ki, məhz sözügedən istiqamətə nəzarət uğrunda qollarını çırmayıblar. Əslində bu mübarizə illərdir davam edir və zaman-zaman gömrüyü nəzarətində saxlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərov bir sıra qazanc sahələrindən ayrı-ayrı məmurların xeyrinə imtina etmək zorunda qalıb ki, bu da inhsarın əl dəyişdirməsi prosesilə nəticələnib».

Mənbəmiz bildirir ki, gömrük orqanlarına nəzarət uğrunda bu gün ən çox çaba sərf edənlərdən biri də Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri general Bəylər Əyyubovdur. Bu gün Bəylər Əyyubovun adamlarının Kəmaləddin Heydərovun «gömrük çətirini» yararaq idxal biznesinin bəzi sahələrini nəzarətləri altına almaları faktdır. Eyni zamanda daha iki hakimiyyət nəhənginin də bu gün gömrüyə nəzarət uğrunda mübarizədə olduğu söylənilir.

Mənbəmizə görə, məhz bunun nəticəsidir ki, bu gün hər üç cinah gömrüyün «fövqəlnazir»in nəzarətindən çıxarılması üçün fəaliyyətdədir: «Bu gün onların ortaq fəaliyyəti anlaşılandır. Amma hər birinin hədəfi eyni olduğundan bu ortaqlıq FHN şefinin təkbaşına qüdrətinin qarşısında acizdir». Qaynaq iddia edir ki, məhz buk imi toqquşmaların fonunda DGK rəhbərliyi də hədəfə çevrilib: «Aydın Əliyevin hədəfə gətirilməsində maraqlı olan əks-cinah təmsilçiləri əslində onun timsalında Kəmaləddin Heydərovu nüfuzdan salmağa çalışırlar və belə bir rəy formalaşdırırlar ki, əslində Aydın Əliyev yox, məhz FHN şefi gömrükdə yığılan pulları gizlədir».

Geri qayıt