Əsas Səhifə > Hadisə > ƏBÜLFƏS QARAYEV KİNOTEATRI SATIN ALDI

ƏBÜLFƏS QARAYEV KİNOTEATRI SATIN ALDI


1-12-2011, 11:42
ƏBÜLFƏS QARAYEV KİNOTEATRI SATIN ALDI

“AZƏRBAYCAN” K/T FƏALİYYƏTİNİ DAVAM ETDİRƏCƏK

DİA.AZ: - Bakı şəhərinin mərkəzindəki “Azərbaycan” kinoteatrı fəaliyyətini davam etdirir. Kinoteatrın direktoru Əli Humani deyib ki, artıq problemlər həll olunub: “Əvvəlki kimi müqavilə əsasında işimizi davam etdiririk. Aylıq olaraq afişalar hazırlanır və dünya premyeraları da ənənəvi olaraq kinoteatrımızda seanslara daxil edilir. Uzun illər olduğu kimi, indi də kinoteatrımız tamaşaçıların üzünə açıqdır. Kinosevərləri hər zaman məkanımızda görməkdən şadıq”.

Qeyd edək ki, “Azərbaycan” kinoteatrı artıq özəlləşdirilib və yeni sahibləri var. Oktyabr ayında bağlanma təhlükəsi ilə üzləşən “Azərbaycan” kinoteatrının rəhbərliyi məkanın yeni sahibləri ilə danışıqlar əsasında fəaliyyətini davam etdirir.

Onu da qeyd edək ki, kinoteatr mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə yaxın şəxslər tərəfindən özəlləşdirilib. Və kinoteatrın başqa məqsədlər üçün istifadəsi də nəzərdə tutulurdu. Amma məlum oldu ki, artıq nazirimiz fikrindən danışıb və əvvəlki icarədarlarla müqaviləni təzələyib.


Geri qayıt