Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİDƏN BAHALAŞMAYA DƏSTƏK

MÜĞƏNNİDƏN BAHALAŞMAYA DƏSTƏK


1-12-2011, 11:14
MÜĞƏNNİDƏN BAHALAŞMAYA DƏSTƏK

NADİR QAFARZADƏ TOY QİYMƏTİNİ QALDIRDI

Populyar müğənni Nadir Qafarzadə Azərbaycan müğənnilərinin toy qiymətləri haqda danışıb.

O, Day.Az saytına müsahibəsində Azərbaycanda 10 min manata toya gedən müğənnilərlə bağlı sualı belə cavablandırıb: "Düşünürəm ki, bu məbləğə ilk növbədə mən özüm layiqəm. Çünki bu pulu alın tərimlə qazanıram. Ona görə də toy qiymətimi yenidən 7 mindən 8 minə qaldırdım. Məndən başqa da bir neçə müğənni belə qonorarlara layiqdir. Bu, Eltondur, Ruhəngiz Allahverdiyevadır, Könül Kərimovadır, Nazpəri Dostəliyevadır..."

N.Qafarzadə hesab edir ki, Xumar Qədimova bütün toyu idarə edə bilmir: "Qoy o məndən inciməsin. Bu, onluq deyil. O, toya gələ və yarım saat yaxşı oxuya bilər. Bu zaman hər kəs razı qalacaq. Brilyant Dadaşova isə başqa. O, toylarda böyüyüb. 10 min qonorara layiq daha bir müğənni Almaz Saraylıdır. Abbas Bağırov və Faiq Ağayev də aldıqları qonorara layiqdirlər".

Geri qayıt