Əsas Səhifə > Hadisə > BAYIL SAKİNİNİN AİLƏSİNDƏ FACİƏ

BAYIL SAKİNİNİN AİLƏSİNDƏ FACİƏ


27-03-2013, 11:00
BAYIL SAKİNİNİN AİLƏSİNDƏ FACİƏ
12 YAŞLI OĞLAN MÜƏMMALI ŞƏKİLDƏ ÖLÜB

Bakının ən böyük xəstəxanası olan Kliniki Tibbi Mərkəzdə 12 yaşlı oğlan ölüb. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi ev 51T ünvanında yaşayan Həsənov Nihat Boris oğlu kəskin qarın ağrısı diaqnozu ilə xəstəxanaya aparılıb. Kliniki Tibbi Mərkəzə yerləşdirilən yeniyetmə oğlan orada dünyasını dəyişib.

Faktla əlaqədar araşdırmalar aparılır. Ölümün dəqiq səbəbini müəyyən etmək məqsədi ilə ekspertizalar təyin olunub.

Geri qayıt