Əsas Səhifə > Güney Press, Üçüncü sektor > GÜNEY AZƏRBAYCANLI YAZIÇIDAN HƏQİQƏTPURA SƏRT CAVAB

GÜNEY AZƏRBAYCANLI YAZIÇIDAN HƏQİQƏTPURA SƏRT CAVAB


27-03-2013, 10:55
GÜNEY AZƏRBAYCANLI YAZIÇIDAN HƏQİQƏTPURA SƏRT CAVAB
"SİĞƏ ADI ALTINDA ƏXLAQSIZLIQ EDİRLƏR"

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpurla Azərbaycan Milli Məclisinin deputatı Siyavuş Novruzov arasında uzun müddətdir davam edən qarşılıqlı ittahamlarla dolu polemikaya Güney Azərbaycanın Ərdəbil şəhərində doğulub böyümüş yazıçı Güntay Gəncalp münasibət bildirib.

Hazırda Finlandiyada yaşayan yazıçı Güntay Gəncalp Mənsur Həqiqətpurun İrandakı qayda-qanundan, mədəniyyətdən, əxlaqdan danışmasına sərt reaksiya verib. O, İranda mollaların siğə adı altında əxlaqsızla məşğul olduğunu vurğulayıb. Güntay Gəncalpın adından Modern.az-a göndərilən açıqlamada deyilir:

"İranda siğə varlı mollaların seksual zövqünü təmin etmək üçündür. Kasıblar siğə etsələr, onları daş-qalaq edərlər. Dini qaydalar yalnız kasıblar üçündür. Siğə, çoxarvadlılıq mollaların kefi üçün uydurulmuş dini teoriadır. Mən uşaq olanda elə kəndlər var idi ki, mollalar gəlib bir ay həmin kənddə qalırdı. Bir ay kəndin bütün dul qadınları ilə cinsi əlaqəyə girirdilər. Ancaq subay bir oğlan hansısa dul qadınla sekslə məşğul olsaydı, onu daşa tutardılar".

Geri qayıt