Əsas Səhifə > Hadisə > HƏRBÇİMİZ YOL QƏZASI TÖRƏDİB

HƏRBÇİMİZ YOL QƏZASI TÖRƏDİB


26-03-2013, 11:57
HƏRBÇİMİZ YOL QƏZASI TÖRƏDİB
Azərbaycanda hərbiçi ağır yol qəzası törədib.

Ağcabədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunda qeydə alınıb. Gizir, 1992-ci il təvəllüdlü İsmət Qabilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yanacaqdoldurma məntəqəsində yerləşən avtomobillərin yuyulma sahəsində işləyən 1976-cı il təvəllüdlü Muradov Füzuli Məmməd oğlunu və 1980-ci il təvəllüdlü Şərifov Ruslan Əli oğlunu vurub. Hər iki şəxs hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt