Əsas Səhifə > Dünya > FRANSIZ NAZİR HİCABA QARŞI

FRANSIZ NAZİR HİCABA QARŞI


26-03-2013, 11:35
FRANSIZ NAZİR HİCABA QARŞI
VALLS HİCABI DÜNYƏVİLİYƏ KÖLGƏ HESAB EDİR

Dünyəviliyin doğulduğu yer olan Fransa, mübahisə yaradacaq bir qanun layihəsinə hazırlaşır. Bu layihə qanun halına salınarsa, dini işarələr və atributlar uşaqların olduğu yerdə qadağan edilə bilər.

FaktXəbər-in məlumatına görə, fransızların çoxu dini işarələrin gözlə görünəcək şəkildə daşınmasıyla əlaqədar mövcud qadağanın genişləndirilməsinin tərəfdarıdırlar.

BVA ictimai araşdırma şirkətinin sorğusuna görə, fransızların 86 faizi dini simvolların gözlə görünəcək şəkildə xüsusi və ya dövlət məktəblərində, ya da körpələr evlərində daşınmasına qarşıdırlar. Sorğuda iştirak edənlərin 83 faizi bu qadağanın xüsusi şirkətlərdə də tətbiq olunmasına tərəfdardırlar.

İfop ictimai araşdırma mərkəzinin ötən həftə keçirdiyi sorğunun nəticələri isə fransızların 84 faizinin supermarket, xüsusi sağlamlıq mərkəzləri, xüsusi körpələr evi və məktəblər kimi cəmiyyətə xidmət edən yerlərdə qadınların hicab taxmasına qarşı çıxdığını göstərir.

Daxili işlər naziri Manual Valls hicabın ''dünyəviliyə kölgə saldığını'' söyləyib.

Geri qayıt