Əsas Səhifə > Siyasət, Manşet > 2013 SEÇKİSİNDƏ PULLARIN DAVASI APARILACAQ

2013 SEÇKİSİNDƏ PULLARIN DAVASI APARILACAQ


26-03-2013, 11:27
2013 SEÇKİSİNDƏ PULLARIN DAVASI APARILACAQ
HAKİMİYYƏT RUS RUBLUNUN QARŞISINA AZƏRBAYCAN MANATI ÇIXARIR

DİA.AZ: - «Qarşıdan gələn prezident seçkilərində favorit qüvvə Naxçıvan klanıdır». Bu ifadəni DİA.AZ-a açıqlamasında işlədən hakimiyyət içindəki məlumatlı mənbə iddia edir ki, artıq bu klanın nümayəndələri seçki tədarükü ilə bağlı ciddi tədbirlərə qərar veriblər.

Xatırladaq ki, bir müddət əvvəl yaydığımız informasiyada da sözügedən klanın hansı imkanlara, hansı rıçaqlara malik olmasından danışmışdıq və kifayət qədər şaxələnmiş olan bu iqtidariçi qruplaşmanın günü-gündən yeni mövqelər əldə etməsi faktı da təsdiqləyir ki, 2013-cü il prezident seçkilərində əsas maraqları güdülənlər məhz onlar olacaqlar.

DİA.AZ-a danışan mötəbər mənbə bildirir ki, artıq Naxçıvan qruplaşması seçki ilində görüləcək işlərin maliyyə qaynaqlarını formalaşdırmaqla məşğuldur: «Naxçıvandan olan yüzlərlə nüfuzlu iş adamına seçki büdcəsinin formalaşdırılması barədə təlimatlar verilib. Bu seçki ilində çoxlu pullar xərclənəcəyindən həmin maliyyənin qaynaqları da indidən müəyyən olunur. Söhbət təxminən 200 milyon manatdan gedir. Bura həm təşkil olunacaq səfərlər, həm görüləcən təbliğat-təşviqat kampaniyası və həm də yerlərdə işin həyata keçirilməsi və digər bu kimi tədbirlərin təşkili nəzərə alınıb».

Hər halda, bəri başdan deyə bilərik ki, Azərbaycanda heç bir siyasi qüvvə bu qədər vəsaiti ortaya qoya bilməz. Və bu da YAP-ın qarşıdan gələn seçkilərə ənənəvi olaraq daha böyük maliyyə ilə qatılacağından xəbər verir.

Amma mənbəmiz bildirir ki, əslində bu dəfə daha böyük pulların ayrılması builki seçkilərdə kənar qüvvələrin, konkret olaraq Rusiyanın da hərəkətdə olması ilə əlaqədardır: «Məlumdur ki, hələ bir neçə ay əvvəldən Kremlin sifarişi ilə Rusiyada RATİ adlı təşkilat yaradılıb və bu təşkilatda nüfuzlu azərbaycanlı iş adamları yer alıb. Onların əlində böyük maliyyə vəsaiti var. Bu günlərdə isə gürcü prezidenti Saakaşvili «Lukoyl»un rəhbəri Vahid Ələkbərovun Azərbaycanda hakimiyyət dəyişikliyinə təhkim olunduğunu iddia edən şok açıqlamada bulundu. Doğrudur, rəsmi Bakı bu dost xəbərdarlığını qulaqardına vururmuş kimi davransa da, əslində məsələnin kifayət qədər ciddiliyi ilk baxışdan da aydın idi. Hər halda, Azərbaycan hakimiyyəti Saakaşvilinin sözünə inanırmış kimi davrana bilməzdi. Bu zaman ən azından Rusiya ilə diplomatik qalmaqala girməli olacaqdı».

Mənbəmizin bildirdiyinə görə, bu gün rəsmi Bakının əlində RATİ-nin ayrı-ayrı bölgələrimizdə ciddi şəkildə təşkilatlanması haqda faktlar var: «Bu faktlar gərəkən şəkildə dəyərləndirilir. Aydın olur ki, bütün yerlərdə Rusiya mənşəli pulların hesabına RATİ-yə gizli dayaqlar formalaşdırılır. Və bu baxımdan YAP iqtidarının 2013-cü il seçkilərinə əslində 200 milyon manatı ayırması belə azmış kimi görünə bilər».

Geri qayıt