Əsas Səhifə > Güney Press, Üçüncü sektor > KEÇMİŞ BAŞÇI İNDİKİ BAŞÇIDAN ŞİKAYƏTÇİDİR

KEÇMİŞ BAŞÇI İNDİKİ BAŞÇIDAN ŞİKAYƏTÇİDİR


26-03-2013, 10:22
KEÇMİŞ BAŞÇI İNDİKİ BAŞÇIDAN ŞİKAYƏTÇİDİR
Bakının Xətai rayonunun sabiq icra başçısı Zəlimxan Məmmədli hazırki icra başçısı Razim Məmmədovla bağlı üçüncü dəfə prezident İlham Əliyevə müraciət edib. Z.Məmmədli şikayət məktubunda hazırda icra başçısının qeyri-qanuni əməllərinə qarşı tədbir görülməsini xahiş edib.

Zəlimxan Məmmədlinin ölkə başçısına ünvanladığı müraciəti olduğu kimi təqdim edirik:

“Hörmətli Prezident, cənab İlham Əliyev! Təkrarən Novruz bayramınızı təbrik edirəm, Millətimiz, Dövlətimiz üçün yeni zirvələr nəsibimiz olsun.
Sosial şəbəkədən sizə müraciətimi anlaşıqla qarşılayacağınız qənaətindəyəm. Bahar bayramında Borçalıya, soydaşlarımızla bayramlaşmağa getmişdim. Gürcüstan gözəlləşir, demokratikləşir, soydaşlarımız siyasi fəallıq nümayiş etdirirlər. Bunlar məni çox sevindirdi. İmkan tapıb Tbilisini gəzdim, səkilərini, xiyabanlarını, KEÇMİŞ BAŞÇI İNDİKİ BAŞÇIDAN ŞİKAYƏTÇİDİR
məhəllələrinı, parklarını, yeni tikinti sahələrini diqqətlə seyr etdim. Şəhərin arxitekturasını bir də diqqətlə gözdən keçirdim. Ürəyim açıldı, gürcülər şəhərin tarixiliyi, milliliyi və müasirliyini bəlkə də heç yerdə olmadığı qədən bir yerdə yaşada, şəhəri daha da yaraşıqlı edə biliblər. Hər bir küçə sanki insanla gürcü tipinin mədəniyyəti, folkloru, qəhrəmanlıq tarixi, ümumiyyətlə keçmişi və gələcəyi haqda söhbət edir, onun gözəllikləri və özəllikləri haqda hər qonağa, şəhər sakininə təmənnasız xidmət edir. Təbii ki, Tbilisidə türk və müsəlman tarixinin də toxunulmamış, şəhərin inciləri hesab olunan izlərinə kifayət qədər rast gəlmək olur. Özümü bir türk, müsəlman şəhərində hiss etdim və 10 km yol qət etməyimə baxmayaraq zövq aldım, yorulmadım.
Bunu niyə yazıram Sizə, sual oluna bilər. Çünki mən Sizə iki dəfə dalbadal Xətai rayonunda şəhərsalma ənənələrinə vurulan zərbələr, Xətai rayon İcra Hakimiyyəti başçısının canımız-qanımız hesabına qurduğumuz rayonu məhv etməsi haqda sos siqnalı göndərdim. Mən Bakının əhəmiyyətli bir hissəsi olan Xətai rayonundan, Tbilisidəki kimi gəzərək zövq almaq istəyirəm. Təəssüf ki, elə bir avia bombardmandan çıxmış şəhərdə gəzirəm. XXI əsrdə zəngin neft-qaz ölkəsinin şəhərini, rayonunu, onun məhəllələrini bərbad hala salan harınlamış məmur ordulu hakimiyyətin bu millətə aid olmaması haqda gəzən şaiyələrə inanmaqdan başqa çarəm qalmır. Sizə ünvanladığım hər müraciətdən sonra Xətaidə ağac soyqırımı daha da geniş vüsət alıb.
Fikirləşirəm: əgər mən-Zəlimxan heç bir siyasi oyun oynamadan ölkəmin bir ərazisində baş verən dərəbəyliyin qarşısını almaq üçün Sizdən kömək istəyirəm və buna məhəl qoyulmursa, vay bu millətin halına, onun Sizdən imdad diləyəninin halına!

Cənab Prezident, yenə də Sizdən umuram. Xətaidəki biabırçılıqları dayandırın! Xüsusi olaraq vurğulayıram ki, mənim başçı Razim bəylə heç bir konfliktim yoxdur, sadəcə, o sizin Xətai rayonunda səlahiyyətli nümayəndənizdir”.

Geri qayıt