Əsas Səhifə > Ölkə, Manşet > RAYON İCRA BAŞÇILARINDAN KİM YOLA SALINIR?

RAYON İCRA BAŞÇILARINDAN KİM YOLA SALINIR?


25-03-2013, 13:38
RAYON İCRA BAŞÇILARINDAN KİM YOLA SALINIR?
GORANBOY VƏ GÖYGÖLÜN RƏHBƏRLİYİ DƏYİŞİR

DİA.AZ: - Hələ bir müddət əvvəlindən xəbər verərək bildirmişdik ki, 10 rayonun icra başçısı qarşıdan gələn prezident seçkilərinə qədər dəyişəcək. Artıq onlardan ikisi yrola salınıb və bu günlərdə daha iki rayonun icra başçısı vəzifələrində dəyişiklik ediləcək. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili qaynaqlar məlumat ötürüb.

Mötəbər mənbənin redaksiyamıza bildirdiyinə görə, sırada Goranboy və Göygöl rayonlarının icra başçılarıdır: «Onlardan biri - Goranboy rayonunun icra başçısı Nizaməddin Quliyev artıq yetərincə əsəblbəri tarıma çəkməyə müvəffəq olub və əgər Goranboyda Nizaməddin Quliyevin hökmranlığı davam edərsə, o zaman İsmayıllı və Qubada baş verənlərin Goranboyda da təkrarlanacağı qaçılmazdır».

Mənbəmiz onu da bildirdi ki, adı bir çox maliyyə qalmaqallarında hallandırılan Göygöl rayonunun icra başçısı da eyni qaydada vəzifəsindən alınmaqla cəzalandırılmış olacaq.

Geri qayıt