Əsas Səhifə > Şou-biznes > PERİS HİLTONA SATAŞDILAR

PERİS HİLTONA SATAŞDILAR


25-03-2013, 12:27
PERİS HİLTONA SATAŞDILAR
Məşhur qlamur ulduz Peris Hilton telefon xuliqanlarının qurbanı olub.

Milli.Az TMZ-yə istinadən bildirir ki, naməlum şəxs Los-Anceles polisinə zəng vuraraq Hiltonun malikanəsinə oğruların girdiyini bildirib.

Hadisə yerinə yollanan polislər orada oğru və ya quldur tapmayıblar.
Ev sahibəsi də malikanədə deyildi.
O, Mayamidə konsertdə idi.

Perisdən əvvəl telefon xuliqanları Eşton Kaçer, Castin Biber, Klint İstvud, Kris Braun və s. ulduzlara da sataşmışdılar.

Sevgilisi River Viaperi ilə birlidə olan Hilton isə xuliqanın tapılması və cəzalandırılmasını tələb edib.

Geri qayıt