Əsas Səhifə > Gündəm, Manşet > DAHA BİR DEPUTATI NAZİR POSTUNA GƏTİRİRLƏR

DAHA BİR DEPUTATI NAZİR POSTUNA GƏTİRİRLƏR


25-03-2013, 11:10
DAHA BİR DEPUTATI NAZİR POSTUNA GƏTİRİRLƏR
TƏHSİL NAZİRİ VƏZİFƏSİNƏ YENƏ DƏ BDU-DAN KADR TRANSFER OLUNA BİLƏR

DİA.AZ: - Məlum olduğu kimi, bu gün Misir Mərdanovun təhsil naziri postuna təyin edilməsinin 15 illiyidir. Hər halda 15 il vəzifə başında qalan Misir Mərdanovun bu illər ərzində Azərbaycan təhsilinə nələri «bəxş etdiyi» hər kəsə məlumdur. Artıq bir neçə nəsil məhz Mərdanovun bərbad təhsil siyasətinin qurbanı hesab olunduğundan həm də itirilmiş nəsillər kimi də diqqətə gəlməkdədir. Elə bunu həm də son illərdə ali məktəblərə qəbul prosesi zamanı keçid ballarının hər dəfə aşağı salınmasından da görmək mümkündür. Yəni sırf olaraq Misir Mərdanovun nazir olduğu dönəmdə yetişmiş abituriyentlərin bu gün əslində Misir Mərdanovun sınaq laborotoriyası kimi baxdığı bir təhsil bərbadlığının fəsadlarını təzahür etdirməsi faktdır.

Amma deyəsən, yuxarı dairələr də bu 15 illik dönəmin yetərlit olması qənaətindədirlər. Bu barədə DİA.AZ-a hökumət içindəki qaynaqlardan daxil olan informasiyada bildirilir ki, bu təhsil ili Misir Mərdanov üçün vəzifə başında yola verəcəyi sonuncu təhsil ili olacaq.

Xatırladaq ki, Azərbaycanın təhsil naziri postunda dəyişikliyin gözlənildiyi barədə qabaqcadan da məlumat vermişdik. Mötəbər mənbə iddia edir ki, may ayının sonlarına yaxın Misir Mərdanov vəzifəsindən alınacaq.

Onun yerinə kimin gətiriləcəyi ilə bağlı isə müxtəlif versiyalar səsləndirilir. Bildirək ki, namizədlər arasında hazırda Bakı Dövlət Universitetinə rəhbərlik edən deputat Abel Məhərrəmov da kifayət qədər şanslı hesab olunur.

Geri qayıt