Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ELŞAD ABDULLAYEVİN SON MÜRACİƏTİNƏ SƏRT REAKSİYA

ELŞAD ABDULLAYEVİN SON MÜRACİƏTİNƏ SƏRT REAKSİYA


25-03-2013, 10:52
ELŞAD ABDULLAYEVİN SON MÜRACİƏTİNƏ SƏRT REAKSİYA
ABU-nun sabiq rektoru, bir müddətdir Fransada müvəqqəti məskunlaşmış Elşad Abdullayev növbəti dəfə “Yeni Müsavat”a müraciət göndərib. Qəzetin saytının martın 23-ü buraxılışında yer alan həmin müraciətdə təzə mətləblərə toxunan sabiq rektor guya MTN zabiti Mahir Abdullayevin oğurlanması cinayəti ilə əlaqədar hansısa «mütəşəkkil cinayətkar təşkilatın tapşırığı ilə» bir sıra saxta müdafiə komitələri yaradıldığına toxunur, sonra isə o, PA rəhbəri Ramiz Mehdiyevin və Baş prokuror Zakir Qaralovun rəhbərliyi ilə «Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın sifarişi ilə» yaradılan ABU Tələbələrinin Müdafiə Komitəsindən danışır. Hətta bu barədə bəhs edəndə tanınmış vəkil Ramiz Zeynalovu ittiham edir, həmçinin bu Komitənin rəhbərlərindən biri kimi «Təzadlar»ın baş redaktorunun adını çəkir və s.

E.Abdullayevin bu açıqlamalarına tanınmış hüquqşünas, Azərbaycanda «advokat Terrazini» kimi tanınan Ramiz Zeynalovdan sərt cavab gəldi:

-Ramiz müəllim, Elşad Abdullayev, açığı, bu dəfə də hər şeyi qatıb-qarışdırıb, sizə qarşı daha sərt ittihamlar səsləndirib…

-Bilirsiniz, mən iş-güc adamıyam… Elşad isə bekar adamdır və elə sizin saytın yazdığına görə, dünən (martın 23-də.Red) Fransada pulu qurtardığı üçün Moskvaya gəlib… Ona görə də o, danışmağa mövzu, danışdırmağa isə adam axtarır. Amma bəzi yalanları var ki, ona mütləq cavab vermək lazımdır. Məsələn, bu dələduz, video-şantajçı, reketçilikdə ad çıxarmış, videolarının anonsunu verərək bəzi qorxaqlardan pul çırpışdıran Elşad Abdullayev son açıqlamasında rəhbəri olduğum Komitənin fəaliyyətinə toxunur və bildirir ki, ”Artıq belə saxta Müdafiə Komitələri bizim tərəfimizdən ifşa olunmuşdur». Mən başa düşmədim, sən- hər gün neçə-neçə saxta əməlləri ifşa olunan Elşad Abdullayev nəyi ifşa etmisən ki, heç kimin xəbəri yoxdur? Yazırsan ki, 3 mart 2013 il tarixində bir vaxtlar üstünə tapança çəkdiyi ittihamı ilə həbs etdirdiyin «…Azad Mürsəliyevin rəhbərliyi ilə Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi yaradılmışdır. Bu müdafiə komitəsi həm də ABU-nun Hüquqlarının Müdafiə Komitəsidir. Bu, həm də, tələbələrin və müəllimlərin pozulmuş hüquqlarının bərpa olunması uğrunda mübarizə aparan obyektiv və qərəzsiz Müdafiə Komitəsidir». Bişmiş toyuğun da gülməyi gələn bir cəfəng, məntiqsiz söz yığnağı… Sən indiyədək on minlərlə tələbəni şikəst etmiş, valideynlərini gözü yaşlı qoymuş, onların son qəpiyini belə özün və qohum-əqrabaların vasitəsi ilə ələ keçirən bir dələduz, indi hansı tələbə və valideynin hüquqlarını müdafiə etmək istəyirsən? Məşədi İbad demiş, «Mənə meymun deməyin bəs deyil, hələ bir əl də uzadırsan?» Utanıb-qızarmırsan? Sən hansı tələbə və validyenin hüquqlarının müdafiəsindən danışırsan? Danasını və keçisini, toyuq-cücəsini satdırıb pulunu dələduzluq yolu ilə ələ keçirdiyin, saxta tələbə bileti verdiyin, aldadıb diplom verəcəyini bildirdiyin və evini, torpaq sahəsini, əyin-başını satdırdığın valideynlərin? Bəlkə on minlərlə tələbə və valideynləri aldadan və sənin cinayətkar fəaliyyətinə şərik etdiyin, 2008-ci ildə bir dəstəsinin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış, bir çoxu həbs olunmuş, bir çoxu isə hələ də istintaq orqanının onları nə vaxt çağırıb həbs edəcəyini gözləyən bir qrup binəva müəllimləri deyirsən? Narahat olma, artıq rəhbəri olduğum ABU Tələbələrinin Hüquqlarını Müdafiə Komitəsinə indiyədək 400-dən çox müraciət daxil olub və şikayətçilərin tük ürpədən izahatlarını nəzərdən keçirəndə, hər dəfə onların göz yaşı içində ərizələrini oxuyub özlərini dinləyəndə ürəyim ağrıyır. Onların bəziləri vaxtilə bankdan kredit götürüb sənə və rəhbərlik etdiyin, uzun illər ABU-da fəaliyyət göstərmiş mütəşəkkil cinayətkar dəstənin üzvləri olan qohum-əqrabalarına verdikləri pulların faizini hələ də banka verirlər… Bəziləri banka qoyduğu girov evini və digər əmlakını itirib, bəzilərinin isə evi hələ də girovdur, üzərinə həbs qoyulub. İndii sən onların hansı hüququnu müdafiə etməkdən danışırsan? Zəlil günə saldığın bu on minlərlə insanın düşməncəsinə pozduğun hüquqlarınımı deyirsən??? İndi sənin özünün cinayət əməllərini hansısa yolla müdafiə etmək şansın da yoxdur, nəinki kiminsə hüququnu müdafiə etməkdən dəm vurasan? Sən uşaq başı aldadırsan, yoxsa özünü axmaq yerinə qoymusan??? Mənim sənə hələ çox suallarım var. Cavabını isə səndən Kürdəxanı İstintaq Təcridxanasında sənə baş çəkəndə istəyəcəyəm. Onda kamerada əgər hansısa hüququn pozularsa, söz verirəm, səni müdafiə edəcəyəm. Buna əmin ola bilərsən! Amma əvvəlcə sən indiyədək törətdiyin çoxsaylı cinayətlərdən danış, etiraf et. Həm də necə qardaş qatili olmağını, sənə Kürdəmir polisində Mahiri oğurlamış və qətlə yetirmiş cinayətkar kimi təhvil verilən qardaşın Aslanın oğlu Mübarizin sonradan necə yoxa çıxmasını və sənin tərəfindən bu illər ərzində onun niyə axtarılmamasını söylə… İstəyirsən mən sənə deyim ki, DİN nazirinin 1-ci müavini Zahid Dünyamalıyevə qarşı kin və düşmənçiliyinin kökündə nə dayanır…
\ tezadlar \
Geri qayıt