Əsas Səhifə > Sosial, Manşet > ELŞAD ABDULLAYEV DÜNƏN FRANSANI TƏRK EDİB

ELŞAD ABDULLAYEV DÜNƏN FRANSANI TƏRK EDİB


24-03-2013, 11:51
ELŞAD ABDULLAYEV DÜNƏN FRANSANI TƏRK EDİB
BU BARƏDƏ YAYILAN XƏBƏRLƏRDƏ MÜƏMMALI MƏQAMLAR YETƏRİNCƏDİR

DİA.AZ: - Lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin Fransa hüdudlarını tərk etməsi barədə xəbər yayılıb. Bu barədə məlumatı yayan “Təzadlar” qəzetinin xəbərini olduğu kimi diqqətinizə təqdim edirik:

“ABU-nun sabiq rektoru, bir müddətdir Fransada məskunlaşmış Elşad Abdullayev dünən-martın 22-də Rusiyaya gəlib... Bu barədə "Təzadlar"a Moskvada olan mənbəmiz məlumat verdi: "... Mən Londondan və ardınca Fransadan Moskvaya gələn qonaqları qarşılayarkən təsadüfən Elşad Abdullayevi təyyarədən düşən gördüm... Təsadüf elə gətirdi ki, qonaqlardan birini Rusiya Miqrasiya Xidmətinə aparırdım və E.Abdullayevi qarşılayıb müşaiyət edən avtomobilin arxasınca gedəsi oldim... Maraq məni götürdü və mən Elşad Abdullayevi düşdüyü binanın həyətinə kimi müşaiyət etdim... Sonra onu Azərbaycanlıya, ola bilsin erməni və ya gürcü sifətinə oxşar iki nəfər qarşıladı. Qafqaz adamları idi... Çox güman ki, o, Moskvadakı adamlarından Bakıdan göndərilən pulları götürməyə gəlib...".

Mənbəmiz E.Abdullayevi müşaiyət edən avtomobilin nömrəsini və düşdüyü binanın yerləşdiyi küçənin ünvanını da yazıb. Lakin E. Abdullayevin təhlükəsizliyi baxımından hələki bu məlumatları yazmırıq. Baxmayaraq ki, E.Abdullayev musavat.com-a göndərdiyi (yəqinki Moskvadan) qəttəzə müraciətində "Təzadlar"ın baş redaktorunu "ABU Tələbələrinin Hüquqlarını Müdafiə Komitəsinin" yaradıcılarından və rəhbərlərindən biri kimi təqdim edir... Halbuki bu Komitəyə artıq 400-dən çox zərərçəkən müraciət edib. Bayram günləri də müraciətlərin ardı kəsilməyib. Şikayət ərizələrinin məzmunu barədə Komitənin rəhbəri, tanınmış vəkil Ramiz Zeynalovun verdiyi açıqlamaya görə, 90 faiz şikayətçi E.Abdullayevə və onun qaynatası, ABU-nun 1-ci prorektoru Hüseyn Əhmədova, qardaşı Eldəniz Abdullayevə və ABU-dakı "ailə podratı"nın digər üzvlərinə-qohumlara külli miqdarda pul verdiklərini bildirirlər”...

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt