Əsas Səhifə > Cəmiyyət, Manşet > QƏTL GÜNÜNDƏ TƏXRİBATLAR OLA BİLƏR
QƏTL GÜNÜNDƏ TƏXRİBATLAR OLA BİLƏR30-11-2011, 14:10 |
BAKIDAKI İRANMEYİLLİ ŞƏXSLƏR TƏLİMATLANDIRILIR DİA.AZ: - Redaksiyamızın elektron poçtuna maraqlı bir məlumat daxil olub. Belə ki, son günlər Azərbaycana qarşı açıq müstəvidə mübarizə aparan fars-molla rejiminin Bakıda nö.vbəti təxribatlara imza atacağı söylənilir. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (dia-az.site) məlumatlandıran mənbə iddia edir ki, Məhərrəmlik ayında Bakıda təşkil olunacaq Aşura mərasimlərində təxribatlar törədilə bilər: «artıq bu yöndə paytaxtda yaşayan iranmeyilli dindarların əksəriyyəti təlimatlandırılır. Bu işdə Tehran dövlətinin Azərbaycandakı səfirliyi də xüsusi canfəşanlıq edir». Xatırladaq ki, bir neçə gün əvvəlki tədbirlərin birində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov «Azərbaycan üçün Kərbəla Xocalıdır» şəklində açıqlaması ilə diqqətə gəldi. Bu açıqlamanın İranmeyilli qüvvələrin əlində bəhanə olacağını bildirən mənbəmiz bildirdi ki, hətta dövlət komitəsinin binasına yürüş də edilə bilər: «Hələlik onların nə planlaşdırdığı məlum deyil. Amma 100 faiz nəsə edcəklər. Çünki son zamanlar ayrı-ayrı yerlərdə, əsasən çayxanalarda daha intensiv olaraq yığışmağa başlayıblar». Mövzu diqqətimizdədir… Geri qayıt |