Əsas Səhifə > Dünya > QIRMIZI KOREYAYA QARŞI PLAN

QIRMIZI KOREYAYA QARŞI PLAN


24-03-2013, 10:44
QIRMIZI KOREYAYA QARŞI PLAN
ABŞ VƏ CƏNUBİ KOREYA GÜCLƏRİNİ BİRLƏŞDİRİR

Koreya Respublikası silahlı qüvvələrinin baş qərargahının komitə sədri Con Sın Co və ABŞ-ın bu ölkədəki hərbi qoşunlarının komandanı general Ceyms Turman müttəfiqlərin hazırladıqları təxribatlarla mübarizə üzrə planı imzalayıblar. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu haqda ABŞ və Koreya Respublikasının silahlı qüvvələrinin komandanlığının birgə yaydığı açıqlama bildirilib.
"İmzalanmış plan Koreya Respublikasının KXDR tərəfindən reallaşdırıla biləcək təxribatlara cavab vermək üçün ABŞ-ın dəstəyilə fövqəladə vəziyyətlərə uyğun fəaliyyətini əhatələyir. Bunun formalaşdırılması isə KXDR tərəfindən Yenpxyendo adasının artilleriya atəşinə tutulmasından sonra Koreya Respublikası silahlı qüvvələrinin baş qərargahı və ABŞ-ın bu ölkədəki hərbi qoşunlarının komandanlığı arasında aparılmış danışıqlar nəticəsində mümkün olub" - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, plana əsasən tərəflərin məsləhətləşmələr aparması, KXDR-in təxribatlarına cavab vermək üçün güclü və qərarlı addımlar atması nəzərdə tutulur.

Geri qayıt