Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOV NOVRUZ SINAĞINDAN YAXŞI ÇIXMADI

ZİYA MƏMMƏDOV NOVRUZ SINAĞINDAN YAXŞI ÇIXMADI


22-03-2013, 13:57
ZİYA MƏMMƏDOV NOVRUZ SINAĞINDAN YAXŞI ÇIXMADI
BAYRAM GÜNLƏRİNDƏ NƏQLİYYAT SEKTORUNUN İŞİ RƏSMƏN İFLİC OLUB

DİA.AZ: - Novruz Bayramı günlərində bir çox dövlət qurumları gücləndirilmiş iş rejimində çalışacağını bəyan etsə də, bu heç də belə olmadı. Ən çox narazılığa səbəb olanı isə Ziya Məmmədovun rəhbərlik etdiyi nəqliyyat sektoru oldu. Bu barədə elə DİA.AZ-a daxil olan vətəndaş müraciətlərindən də qənaət formalaşdırmaq olar.

Belə ki, şikayət edən vətəndaşların sözlərinə görə, bayram günü Bakı Beynəlxalq Avtovağzalının iş rejimində gərginlik yaranıb. Onların sözlərinə görə, sərnişinlər bir neçə gün əvvəldən bilet alsalar belə avtobuslar yoxdur. Məlum olub ki, kassadan bir yerə bir-neçə sərnişinə bilet satılıb. Bərdə rayonuna 19 mart tarixində səhər saat 9:15-ə bilet alan sərnişinlər mindikləri 10 VX 529 dövlət nişanlı “Mersedes” markalı avtobusdan zorla düşürdülüblər. Onlara deyilib ki, avtobus başqa marşuruta veriləcək. Həmin sərnişinlər gün ərzində yolçu ola bilməyiblər və yalnız axşam saatlarında onlara avtobus ayrılıb. Bu isə sərnişinlərin etirazına səbəb olub.

Sərnişinlərin sözlərinə görə, həmin gün və ertəsi gün Bakı Beynəlxalq Avtovağzalının kassalarında biletlərin qiymətində artım olması da müşahidə edilib.

Geri qayıt