Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇISI TALADIĞI PULLARI GERİ QAYTARMALIDIR

İCRA BAŞÇISI TALADIĞI PULLARI GERİ QAYTARMALIDIR


22-03-2013, 13:25
İCRA BAŞÇISI TALADIĞI PULLARI GERİ QAYTARMALIDIR
QƏZƏNFƏR AĞAYEVƏ PULU QAYTARMASI ÜÇÜN “YUXARILAR” TƏLİMAT VERİB

DİA.AZ: - Bir zamanlar Masallıya rəhbərlik etmiş, hazırda isə Astara rayon icra hakimiyyətinin başçısı postunu tutan Qəzənfər Ağayevə qarşı bir neçə gün əvvəl ilginc bir ittiham səsləndi. Xatırladaq ki, Masallı şəhəri, D.Əbilova küçəsi, ev-21 sakini Elnur Həsənov KİV-lərə məktub göndərərək probleminin həll olunmadığınl bildirməklə yanaşı, Qəzənfər Ağayevə qarşı dələduzluq ittihamı da irəli sürmüşdü.

Həmin məktubda deyilirdi: “Masallı RIH-in vəzifəli şəxsləri olan Laçın Sadıqzadə, Məmmədhüseyn Hüseynov, Sirac Isayev Masallı RIH-in sabiq icra başçısı Qəzənfər Ağayevlə əlbir olaraq vəzifəli şəxs kimi onlara olan etibarımdan sui-istifadə edib. Onlar aldatma yoluyla 45.000 manat dəyərində külli miqdarda əmlakımı talayıblar”.

Onu da bildirək ki, artıq bu olayla bağlı Qəzənfər Ağayevə “yuxarıların” ciddi şəkildə təpinməsi xəbəri də yayılıb. Bu barədə DİA.AZ-ın əldə etdiyi bilgilərdən belə məlum olur ki, Qəzənfər Ağayevə həmin pulu qaytarması üçün qəti tapşırıq verilsə də, o, vətəndaşdan talanan vsaitin yalnız müəyyən bir hissəsini qəytara biləcəyini, yerdə qalan hissənin isə Masallı RIH-in vəzifəli şəxsləri olan Laçın Sadıqzadə, Məmmədhüseyn Hüseynov, Sirac Isayev tərəfindən qaytarılmalı olduğunu bildirib.

Hələlik məsələnin həllini tapmadığını bildirən mənbəmiz onu da əlavə etdi ki, amma istənilən halda Elnur Həsənovdan talanan 45 min manat geri veriləcək: “Bu məsələ artıq “yuxarıların” nəzarəti altındadır”.

Bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt