Əsas Səhifə > Cəmiyyət, Manşet > İCRA BAŞÇISI İŞ ADAMINI ŞƏRLƏYİR

İCRA BAŞÇISI İŞ ADAMINI ŞƏRLƏYİR


30-11-2011, 13:24
İCRA BAŞÇISI İŞ ADAMINI ŞƏRLƏYİR

MÜXALİFƏTÇİ KİMDİR: PREZİDENTİ ALDADAN, YOXSA?...

DİA.AZ: - Neçə müddətdir ki, Samux rayonunun icra başçısı Vilyam Hacıyev yerli iş adamı Nəsrulla Nəzərova «atdığı» 491 min manatı qaytarmamaqdan ötrü min-bir üsula əl atır. Qeyd edək ki, artıq sahibkarla icra başçısı bir çox məhkəmə instansiyalarında üz-üzə gəliblər. Günü bu gün də tərəflər məhkəmə çəkişməsindədir. Və hətta Vilyam Hacıyev sahibkarın haqlı mövqeyini işıqlandırdığına görə, «Gündəm Xəbər» qəzetinə qarşı da absurd məhkəə iddiası qaldırıb.

Bildirək ki, rayonda görülən abadlıq işlərinə görə, iş adamı Nəsrulla Nəzərovun sahibi olduğu Samux Asfalt Beton zavodu 391 min manatlıq iş görsə də, Vilyam Hacıyev həmin vəsaiti mənimsədiyindən, ödəməkdən vaz keçib. Və nəticədə 200-ə yaxın zavod işçisi aylardır ki, əməkhaqqılarını ala bilmirlər. Bu da nəticədə 200 ailənin ac qalması deməkdir.

Bu da azmış kimi, 2008-ci ildə İlham Əiyevin Samux rayonuna gəlişilə əlaqədar Vilyam Hacıyev Nəsrulla Nəzərovdan əlavə olaraq 100 min manat borc alsa da, sonradan həmin pulu almadığı barədə hay-küy salaraq, hətta ümumilikdə olan 491 min manatlıq borcunu belə ödəməkdən vaz keçib.

Lakin icra başçısından pulunu geri tələb edən sahibkarın müqavimətini görüncə, Vilyam Hacıyev şər-böhtan üsuluna keçib. Belə ki, həm «yuxarılara» ötürüdüyü məlumatlarda və həm də rayonda yaydığı şaiəyələrdə icra başçısı iddia edir ki, Nəsrulla Nəzərov müxalifətçidir və müxalifətə yaxın adamdır. Bununla da ondan fırıldaq yolu ilə aldığı pullarını geri qaytarmamağına haqq qazandırmağa çalışır.

Bildirək ki, bu məsələ ilə bağlı redaksiyamıza müraciət edən Samux sakinləri Nəsrula Nəzərovun barəsində icra başçısının söylədiklərinin yalan olduğunu bildirdilər: «Nəsrulla müəllimi rayonda hər kəs yaxşı tanıyır və o, ümumiyyətlə, siyasətə qarışan adam deyil. O necə müxalifətçi ola bilər ki, rayonda Heydər Əliyev muzeyini inşa etdirib, Heydər Əliyev parkına sərf olunan vəsaitin 80 faizini öz şəxsi vəsaitindən ödəyib, 2 seçki məntəqəsinin binasını öz hesabına təmir etdirib? O necə müxalifətçi ola bilər ki, rəhbəri olduğu zavodda böyük meydançada Heydər Əiyevin böyük şəkli yerləşir? Bütün bunlar böhtandır və Vilyam Hacıyev bununla 491 min manatı mənimsəmək istəyir».

Rayon sakinləri sonda maraqlı bir fikri də bildirdilər ki, müxalifətçi əslində prezidenti aldadan Vilyam Hacıyevdir: «2008-ci ildə prezident Samuxa gələndə Mosu kişinin təmirdən çıxmış çayxanasını ona Şahmat Evi kimi təqdim edib, lentini kəsdirdilər. Belə bir adamın başqasını şərləməsi əslində, dəhşətdir».


Geri qayıt