Əsas Səhifə > Partiya > ASİM MOLLAZADƏ BU BAYRAMDA DA FƏRQLƏNƏ BİLDİ

ASİM MOLLAZADƏ BU BAYRAMDA DA FƏRQLƏNƏ BİLDİ


22-03-2013, 11:58
ASİM MOLLAZADƏ BU BAYRAMDA DA FƏRQLƏNƏ BİLDİ
DİP SƏDRİ İNGİLİSCƏ BAYRAMLAŞDI

DİA.AZ: - Hələ AXCP-də sədr müavini postunu tutduğu dönəmlərdə onun nümayiş etdirdiyi jestlər, davranışlar ənənəvi cəbhəçilikdən kifayət qədər uzaq olduğundan hazırda Demokratik İslahatlar Partiyasına rəhbərlik edən, millət vəkili Asim Mollazadənin AXCP sıralarında çox qalmayacağı görünən idi. Əslində Asim Mollazadəni üzvü olduğu AXCP-nin digər tərəfdarlarından təkcə davranışları fərqləndirmirdi. Həm də həyat tərzləri fərqli idi. Məsələn, Asim Mollazadənin içdiyi içkinin bir şüşəsi onun AXCP-dəki partiyadaşlarının az qala 2-3 aylıq dolanışıq xərcləri idi...

Elə indi də Asim Mollazadə özünün «Facebook» səhifəsində fərqlənməyi bacarıb. DİA.AZ bildirir ki, hamının dostlarını Azərbaycan türkcəsində təbrik etdiyi bir zamanda DİP sədri «Facebook»da çox güman ona daha doğma olan ingiliscə bayramlaşmağı üstün tutub.

«Dear friends, Happy Novruz!» deyən DİP sədrinə elə dostları da ingiliscə cavab qaytarmağı üstün biliblər.

Geri qayıt