Əsas Səhifə > Hadisə > AZƏRBAYCANLILARI DAŞIYAN AVTOBUS RUSİYADA QƏZAYA DÜŞDÜ

AZƏRBAYCANLILARI DAŞIYAN AVTOBUS RUSİYADA QƏZAYA DÜŞDÜ


30-11-2011, 12:33
AZƏRBAYCANLILARI DAŞIYAN AVTOBUS RUSİYADA QƏZAYA DÜŞDÜ

37 SOYDAŞIMIZDAN XƏSARƏT ALAN OLMAYIB

İvanovo şəhərindən Bakıya gələn avtobus Volqoqrad vilayəti ərazisində qəzaya uğrayıb.

APA-nın RİA “Novsoti” agentliyinə istinadən verdiyi məlumata görə, qəza noyabrın 30-da səhər saatlarında Volqoqrad-Elista yolunun 69 km-də, Volqoqrad vilayətinin Svetloyarsk rayonu ərazisində baş verib.

Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus aşıb. Avtobusda olan 37 nəfərin hamısı Azərbaycan vətəndaşıdır. Qəza nəticəsində onlardan ölən və xəsarət alan olmayıb.

Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Texniki baxışdan sonra avtobusun yoluna davam edib-etməyəcəyinə qərar veriləcək.


Geri qayıt