Əsas Səhifə > Şou-biznes > "FOTOAPARATLA KLİP ÇƏKİRLƏR"

"FOTOAPARATLA KLİP ÇƏKİRLƏR"


19-03-2013, 12:25
"FOTOAPARATLA KLİP ÇƏKİRLƏR"
NAMİQ QARAÇUXURLUNUN İRONİYASI

Meyxanaçı Namiq Qaraçuxurlu xaricdə klip çəkdirən həmkarlarından danışıb.

Axşam.az saytına açıqlamasında o bildirib ki, kliplər yüksək keyfiyyətli kameralarla çəkilməlidir:

“Bəzən müğənni harasa istirahətə yollanır. Geri dönərkən isə fotoaparatla çəkilmiş görüntülərdən klip hazırlayır. Bu cür klipləri heç qəbul edə bilmirəm. Fikrimcə, klip peşəkar kameralarla çəkilməlidir. İldə iki klip çək, amma keyfiyyətli olsun. Mən də istəyərdim ki, Çinə gedəndə klip çəkdirim. Amma oraya kameralar aparmaq baha başa gəlir. Sadə fotoaparatla çəkilən klipi isə ekran işi hesab etmək olmaz”.

Namiq həmçinin bildirib ki, yaxın günlərdə Türkiyədə keyfiyyətli klip çəkdirməyi düşünür.

Geri qayıt