Əsas Səhifə > Dünya > RUSİYA VƏ ÇİN İRANI TƏK QOYDULAR

RUSİYA VƏ ÇİN İRANI TƏK QOYDULAR


30-11-2011, 11:59
RUSİYA VƏ ÇİN İRANI TƏK QOYDULAR

ONLAR DA BMT-NİN SƏNƏDİNƏ İMZA ATIBLAR

BMT-nin Təhlükəsizlik Şurası İranda baş verən son olaylara münasibət bildirib. Böyük Britaniyanın İrandakı səfirliyinin binasına hücumla bağlı bəyanat yayan beynəlxalq təşkilatın adından Portuqaliyanın BMT-dəki nümayəndəsi Joze Filip Morales Kabral danışıb.

Həmişə İrana qarşı bu və yaxud digər addımlara qarşı çıxan Rusiya və Çin də daxil olmaqla sənədə Təhlükəsizlik Şurasının bütün üzvləri imza atıblar. Portuqaliyalı diplomat deyib ki, BMT Təhlükəsizlik Şurası bu hadisədən ciddi narahatdır və İran hökuməti qoşulduğu beynəlxalq konvensiyalara əməl etməlidir.

Həm ABŞ, həm də Avropa Birliyi Böyük Britaniyanın İrandakı səfirliyinə hücumu kəskin şəkildə pisləyiblər. Rəsmi Vaşinqton hər zaman Böyük Britaniyanın yanında olduğunu bəyan edib. Avropa İttifaqının nümayəndəsi Ketrin Eşton isə baş verənlərdən təəssüfləndiyini bildirib.


Geri qayıt