Əsas Səhifə > Sosial, Manşet > VAQİF AXUNDOVUN YERİNƏ KİMİ HAZIRLAYIRLAR?

VAQİF AXUNDOVUN YERİNƏ KİMİ HAZIRLAYIRLAR?


19-03-2013, 11:49
VAQİF AXUNDOVUN YERİNƏ KİMİ HAZIRLAYIRLAR?
YENİCƏ OLARAQ GENERAL RÜTBƏSİ ALMIŞ SABİR NAĞIYEVƏ BÖYÜK ETİMAD

DİA.AZ: - Məlum olduğu kimi, prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin polkovniki Sabir Nağıyevin rütbəsini yüksəldib. Prezidentin sərəncamı ilə polkovnikə general-mayor hərbi rütbəsi verilib.

Xatırladaq ki, Sabir Nağıyev xidməti vəzifəsində bir neçə dəfə təltif olunub. O, 2008-ci ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 15 illiyi münasibətilə, dövlətin milli təhlükəsizliyinin, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə, vəzifə borclarını yerinə yetirərkən fərqləndiklərinə görə bir qrup zabitlə birlikdə "Vətən uğrunda" medalı ilə də təltif edilib.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, neçə müddətdir yola salınacağı ilə bağlı məlumatları yayılan Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovu elə əvəz edəcək şəxs də Sabir Nağıyevdir.

Məlumatı verən qaynaq iddia edir ki, Vaqif Axundovun yerinə hazırlanan Sabir Nağıyevə Novruz bayramı ərəfəsində etimad göstərilərək, rütbəsinin artırılması birbaşa olaraq dövlət başçısının yenicə olaraq general paqonları almış XDMX əməkdaşına olan diqqətinin göstəricisi kimi qəbul olunmalıdır: «Bunu həm də nəzərdə tutulan planların tədarükü kimi də qəbul etmək olar».

Geri qayıt