Əsas Səhifə > Gündəm, Manşet > DYP-DƏ ÇİÇƏKLƏNƏN “KORRUPSİYA ÇƏLƏNGİ”

DYP-DƏ ÇİÇƏKLƏNƏN “KORRUPSİYA ÇƏLƏNGİ”


19-03-2013, 11:12
DYP-DƏ ÇİÇƏKLƏNƏN “KORRUPSİYA ÇƏLƏNGİ”
BƏKİR MURADOV ADLI ŞƏXS BU ÇƏLƏNGİN ƏSAS VİNTCİYİNİ TƏŞKİL EDİR

DİA.AZ: - DYP-də korrupsiyanın qarşısını almaq üçün dövlət başçısı İlham Əliyevin müdaxiləsi bu sahədə rüşvətxorluğu qismən azaltsa da, sonradan eyni proses baş qaldırdı. Hökümətin dövlət yol polislərinin əmək haqqlarını birdən-birə 10 dəfə çox artırmasına baxmayaraq DYP-də demək olar ki, korrupsiya halları yenidən pik həddə çatıb. Görünür, kimlərsə bu sahədən daha çox gəlir əldə edə bilmələri üçün həıtta dövlət başçısının müdaxilələrini belə qulaqardına vururlar. Çünki DYP-nin bəzi əməkdaşları dövlət başçısının məlum sərəncamlarını qulaq ardına vuraraq öz "bosslarının", yəni Ramiz Zeynalovun "gündəlik planını" doldurmaqla məşğuldurlar.

DİA.AZ-a Dövlət Yol Polisi İdarəsində (DYPİ) korrupsiya korpusunun fəaliyyəti barədə ilginc məlumatlar daxil olub. Məlumatlara görə, bu korpusda gün ərzində qeyri-qanuni yığılan milyonlara manat dövr edir. Bura isə gün ərzində yazılan ölkə boyu minlərlə protokollardan tutmuş sürücülərə müxtəlif cərimələr də daxildir. Deyilənlərə görə, yığılan həmin milyonlardan DYP şefi Ramiz Zeynalovun da "payı" var. Əks halda həmin korpusda vəzifə tutmaq mümkün deyil. Yeri gəlmişkən, elə həmin korrupsiya korpusunda çalışan Bəkir Muradov adlı şəxs sistemin əsas "pul yığanı" kimi tanınır. Əslində Bəkir Muradovun missiyası "avtoşları", içkili sürücüləri "cərimələmək" və onları sürücülükdən məhrum etməklə hədələyib rüşvət almaqdan ibarətdir.

DİA.AZ-a Bəkir Muradov barəsində məlumat verən bir neçə şikayətçi bildirirlər ki, onlar həmin şəxsin "qurabanı" olublar. Bəkir Muradov isə onlardan külli miqdarda rüşvət alaraq məsələni yoluna qoyub. Bəkir Muradovun hansı avtomobillərdən və "avtoş" sürücülərdən son bir neçə ayda nə qədər rüşvət aldığı sıyahını yaxın günlərdə saytımızda dərc edəcəyik.

Bizi izləyin... Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt