Əsas Səhifə > Hadisə > JURNALİSTLƏRƏ GEDİŞHAQQI GÜZƏŞTİ

JURNALİSTLƏRƏ GEDİŞHAQQI GÜZƏŞTİ


30-11-2011, 11:49
JURNALİSTLƏRƏ GEDİŞHAQQI GÜZƏŞTİ

ƏFLATUN AMAŞOVUN YENİ TƏKLİFİ VAR

“Jurnalistlərin nəqliyyat vasitələrindən pulsuz istifadə etmələrini gündə gətirmək lazımdır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlanmasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Şura sədri deyib ki, bir vaxtlar təkcə jurnalistlər üçün deyil, müəyyən qrup insanlar üçün nəqliyyat vasitələrindən istifadə pulsuz idi: “Həmin qrup insanlardan, o cümlədən jurnalistlərdən bu güzəştlər geri alındı. Amma bu məsələni gündəmə gətirmək lazımdır”.

Ə. Amaşov bildirib ki, bununla bağlı müxtəlif kütləvi informasiya vasitələri də lazımi qurumlarla əlaqə saxlayaraq, bununla bağlı müəyyən razılıq əldə etməlidirlər: “Ancaq bu məsələ mütəmadi olaraq, şuranın gündəmindədir. Bununla bağlı müvafiq qurumlara müraciətlər etmişik”.


Geri qayıt