Əsas Səhifə > Ölkə > OMBUDSMAN ƏFVDƏN DANIŞDI
OMBUDSMAN ƏFVDƏN DANIŞDI30-11-2011, 11:46 |
YENİ İLİ MƏHBUSLARIN BƏZİLƏRİ EVDƏ OLA BİLƏR “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və İnsan Hüquqları günü ərəfəsində əfv fərmanının imzalanması barədə ölkə prezidentinə müraciət etmişik. Bayramlar ərəfəsində çoxsaylı insanların ailələrinə qovuşması, azadlığa çıxması yaxşı olar”. APA-nın xəbərinə görə, bunu Ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlamasında deyib. E. Süleymanova əfv ediləcək insanların islah olunmuş məhkumlar olacağını, bunu cəmiyyətə, ailələrə bir rahatlıq hissi gətirəcəyini vurğulayıb. Ombudsman deyib ki, müvəkkil fəaliyyəti dövründə onun vəsatəti ilə 339 məhkum əfv edilib: “Bu böyük bir rəqəmdir. Biz yenə də əfv barədə müraciət etmişik. Əfv fərmanının imzalanması isə ölkə prezidentinin səlahiyyəti çərçivəsindədir”. Geri qayıt |