Əsas Səhifə > Şou-biznes > NAZPƏRİ İLƏ İLHAMƏ QULİYEVA BARIŞDI

NAZPƏRİ İLƏ İLHAMƏ QULİYEVA BARIŞDI


18-03-2013, 12:42
NAZPƏRİ İLƏ İLHAMƏ QULİYEVA BARIŞDI
TOLİKDƏN SƏRT AÇIQLAMALAR

“Bəzi ortada gəzən "adamcığazlar"a deyirəm ki, arzunuz ürəyinizdə qaldı. Bu gün “Meridian” restoranında İlhamə xanım, oğlu Orxan və mətbuat katibi Faiqlə bir yerdə idik. Özüm şahidi oldum, İlhamə xanımla Nazpəri Dostəliyeva telefonla danışdılar və barışdılar”.

Bu sözləri prodüser Tolik sosial şəbəkədəki profilində yazıb. O, məlumat verib ki, martın 24-də xalq artisti Tükəzban İsmayılovanın ölüm günü münasibətilə keçiriləcək anım tədbirinə Nazpəri Dostəliyeva da qatılacaq: “İlhamə Quliyeva Nazpəri Dostəliyevanı o məclisə şəxsən dəvət edib. İlhamə xanımın oğlu Orxanın toyunda da Nazpəri Dostəliyevanın iştirak edəcəyi gözlənilir”.

Geri qayıt