Əsas Səhifə > Ölkə, Manşet > İRANMEYİLLİ DİNDARLAR BAKIDA ETİRAZA HAZIRLAŞIR

İRANMEYİLLİ DİNDARLAR BAKIDA ETİRAZA HAZIRLAŞIR


18-03-2013, 12:32
İRANMEYİLLİ DİNDARLAR BAKIDA ETİRAZA HAZIRLAŞIR
YENƏ DƏ HİCAB MƏSƏLƏSİ BƏHANƏYƏ ÇEVRİLİB

DİA.AZ: - Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, bu günlərdə Bakıda kütləvi etiraz aksiyası keçirməyə hazırlaşmaları haqda xəbərləri yayılan İranmeyilli dindar kəsim artıq aksiya gününü müəyyənləşdirib. Bu barədə DİA.AZ-ın əldə etdiyi informasiyalardan aydın olur ki, sonüncü dəfə keçən ilin 5 oktyabr tarixində hicabla bağlı aksiya keçirən və bu zaman polis qarşısına qabaqcadan hazırlanmış taxta və dəmir dəyənəklərlə çıxan dindarlar bu dəfə kütləviliyə ciddi fikir vermək niyyətindədirlər.

Mənbənin söylədikləri: «Hələlik aksiyanın dəqiq tarixi məlum olmasa da, aprel ayının ilk on günlüyünə təsadüf edə bilər. Çünki son zamanlar iranmeyilli dindarların yığışdığı çay evlərində belə bir danışıqlar gedir və hər kəsi aprel ayının əvvəlinə hazır olmağa çağırırlar. Yəni həmin gün aksiya olacaq».

Mənbənin sözlərinə görə, aksiyanın daha da kütləvi olması üçün mitinq yeri kimi Bakının Nardaran kəndi seçilib: «Maraqlıdır ki, bu dəfə təhsil nazirliyinin qarşısına toplaşmayacaqlar. Hər halda, onlar Nardaran kəndində daha yaxşı qoruna biləcəklərinə və həm də daha kütləvi aksiya keçirə biləcəklərinə ümid edirlər. Çünki elə Məhərrəm ayında Aşura ilə bağlı bu kənddə 20 minə yaxın dindar bir araya gəlir ki, bu da iranmeyillilərin işinə yaraya bilər».

Geri qayıt