Əsas Səhifə > Dünya > TÜRKLƏR SOCAR-A NİYƏ ETİBAR EDİRLƏR?

TÜRKLƏR SOCAR-A NİYƏ ETİBAR EDİRLƏR?


30-11-2011, 11:31
TÜRKLƏR SOCAR-A NİYƏ ETİBAR EDİRLƏR?

BURADA “NAŞI ƏLLƏR” TƏHLÜKƏSİ ÖNƏMLİ OLUB

Azərbaycan 20 illik müstəqilliyi dövründə dünya səviyyəsində önəmli inkişafa nail olmuşdur.
AzərTAc xəbər verir ki, bu fikri “SOCAR & Turcas” idarə heyətinin sədri Ərdal Aksoy bildirmişdir.

“Petkim”in səhmlərinin satışa çıxarılmasında uzun müddət qərarsız qaldıqlarını söyləyən Ə.Aksoy “SOCAR”ın özəlləşdirmədə iştirakına toxunaraq demişdir ki, “Petkim” Türkiyənin neft-kimya sənayesindən çıxaraq naşı əllərə düşə, başqa məqsədlər üçün istifadə oluna bilərdi. “SOCAR”ın özəlləşdirmədə iştirakı bunun qarşısını almışdır.

Ə.Aksoy bildirmişdir ki, türk iş adamları uzun illər Misirdə, Türkmənistanda zavodlar tikmişlər. Artıq heç bir məkan Azərbaycandan daha məntiqli olmayacaqdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan idarə heyətinin sədri diqqətə çatdırmışdır ki, Türkiyə-Azərbaycan bərabərliyi dünyaya bir-birini tamamlayan çox önəmli bir güc olaraq çıxacaqdır. Yaxın bir zamanda bu gücün qarşısında kimsə dayana bilməyəcək, hətta ermənilər Azərbaycanda iş axtaracaq vəziyyətə düşəcəklər.

Qeyd edək ki, “Petkim”i 2008-ci ilin may ayında satın almış “SOCAR & Turcas” ortaqlığının 2023-cü ilədək olan hədəflərinə əsasən, bu neft-kimya şirkətinin Avropanın ən önəmli neft-kimya mərkəzlərindən birinə çevrilməsi planlaşdırılır, həmin ilədək şirkətə qoyulan sərmayənin 10 milyard dollara çatdırılacağı gözlənilir. Həyata keçiriləcək tədbirlər nəticəsində şirkətin illik məhsul ixracının həcmi 5 milyard dollar təşkil edəcəkdir.


Geri qayıt